Gömrüklə bağlı dəhşətli faktların ard-arda ictimailəşdirilməsi baş gömrükçünü qorxuya salıb

Dövlət gömrük komitəsinin sədri Aydın Əliyev təşviş içindədir. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, baş gömrükçünün təşvişə düşməsinin səbəbi son günlər gömrüklə bağlı yayılan neqativ materiallardır. Qeyd edək ki, bir neçə gün əvvəl iqtisadçı ekspert Qubad Ibadoğlu  mətbuata Azərbaycan gömrüyündə idxalın qeydiyyatdan yayındırılması ilə bağlı araşdırma təqdim etmişdi.

Bu araşdırmaya görə, yalnız ötən il Rusiya, Türkiyə və Gürcüstandan Azərbaycana gətirilən 1 milyard 600 milyon dollarlıq məhsul gömrükdə qeydiyyata alınmayıb.

 

Dövlət Gömrük Komitəsi isə bu araşdırmaya özünəməxsus cavab verib. Rəsmi struktur bəyanatında ortada yaranan fərqi izah etməyə çalışıb. DGK bəyan edir ki, ölkələr arası xarici ticarət əlaqələrinə dair göstəriciləri müqayisə edərkən bir çox amilləri nəzərə almaq lazımdır. Bu məsələ beynəlxalq praktikada bu vaxta qədər aktual problem kimi qalır və bu sahədə geniş elmi tədqiqat işləri aparılır, amma hələ də vahid praktiki beynəlxalq tövsiyələr bu vaxta qədər tərtib olunmayıb.

Bundan başqa ekspert Vahid Məhərrəmov ölkəyə idxal olunan bir çox məhsulların aşağı qiymətlə rəsmiləşdirilməsi ilə bağlı dəhşətli faktlar açıqlamışdı.

Bunun ardınca Aydın Əliyevin bir müavinin – Nazim Məmmədovun baytarlıqdan generallığa gedən "yolu” ilə bağlı maraqlar məlumatlar yayılmışdı. Onun digər müavini – Ehtiram Xəlilovun isə dəbdəbəli həyat tərzi barədə faktlar ictimailəşdirilmişdi.

Bütün bunlar Aydın Əliyevin ciddi narahatlığına səbəb olub. Baş gömrükçü ölkədə böhranın dərinləşdiyi bir vaxtda gömrüklə bağlı bu cür faktların mətbuata ayaq açmasının onun üçün ciddi başağrısına çevrilə biləcəyini düşünür. Doğrudan da bu faktlar təsdiqini tapacağı təqdirdə Aydın Əliyev nəqliyyat naziri Ziya Məmmədovun taleyini yaşaya bilər.(azadliq.info)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300