15 saylı Yasamal birinci seçki dairəsinin 7 saylı seçki məntəqəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Əli Həsənovun verdiyi məlumata görə, məntəqə seçki komissiyasının sədri müşahidəçilərə bildirib ki, seçkilərin yekun protokolu bu axşam kimsəyə verilməyəcək. Çünki protokollar burda yazılsa belə, onları dairə seçki komissiyasına aparıb "balans yaratmaq” məcburiyyətindəyik. Bu səbəbdən yekun protokolları yalnız sabah əldə edə bilərsiniz.