Dmitri Peskov: "Rusiya,
Türkiyə, İran sammitinin keçirilməsi planlaşdırılmır"
Rusiya, Türkiyə, İran sammitinin keçirilməsi planlaşdırılmır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib ki, Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya məsələsi ilə əlaqədar növbəti görüşü hələlik planlaşdırılmır.
Xatırladaq ki, sonuncu dəfə prezidentlər Suriya münaqişəsinin müzakirəsi üçün bu formatda 2019-cu ilin fevralında Soçidə görüşmüşdülər.