12 MANATLIQ DƏRMAN 160 MANATA SATILIR
Gəncədə 12-14 manatlıq dərman perapatı dəyərindən dəfələrlə baha qiymətə satılır. Bu barədə Qaynar.info-ya şikayət məktubu göndərən şəhər sakini bildirib.

Şikayətçi deyir ki, "Dobutamin" adlı perapatı aptekdə 160 manata satılır. "Mən və mənim kimi bir neçə xəstə Gəncədə fəaliyyət göstərən dərman mafiyasının qurbanıyıq. Belə ki, Gəncə şəhər kardiologiya xəstəxanasının həkimi Edison Nəzirovun qəbuluna düşdükdən sonra o, bizə "Dobutamin" adlı dərman preparatını resept olaraq yazdı və bizi xəstəxanın yanındakı aptekə həmin dərmanı almaq üçün göndərdi. Ordan dərmanı 160 manata aldıq. Amma Bakı və Moskvadakı qohumlarımdan aldığım məlumata görə, bu dərman Bakıda 12-14 AZN, Moskvada isə 8-9 AZN-ə satılır. 
Gəncədə bu dərmanı dəfələrlə baha satan apteklər var. "Dobutamin" preparatını isə ancaq Edison Nəzirov xəstələrə təyin edir və israrla bildirir ki, həmin dərmanı məhz o dediyi apteklərdən alsınlar. Əks halda həkim xəstələri müalicə etməkdən boyun qaçırır, onları dərmanı qəbul etməyəcəkləri təqdirdə ölə biləcəkləri ilə hədələyir. Kasıb adamam, əliləm, işləmirəm, mənim kimi bir neçə xəstə də aptek və həmin həkim tərəfindən aldadılıb. Heç 12 manata olan dərmanı da 160 manata satarlar? Bu dərman mafiyasının güclü olmasından və arxayınlıqdan xəbər verir".(arazxəbər)
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300