Putindən Kiyevə ağır zərbə: Qanun imzalandı
Rusiya Prezidenti Vladimir Putin Ukrayna əhalisinin müəyyən kateqoriyaları üçün Rusiya vətəndaşlığına keçməyi sadələşdirən qanun imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın hüquqi
informasiyaya dair rəsmi internet-portalı yazıb.
Qanuna əsasən, Krımda doğulmuş və daimi yaşamış, 18 mart 2014-cü il tarixinə qədər
olan dövrdə bölgəni tərk etmiş ukraynalılara Rusiya vətəndaşlığı sadələşdirilmiş
qaydada veriləcək. Bununla yanaşı sözügedən şəxslərin övladları, həyat
yoldaşları və valideynləri də Rusiya vətəndaşlığı ala biləcək.