Bu gün Çempionlar liqası keçirilir

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

"Report”un məlumatına görə, ilk qarşılaşma İngiltərənin paytaxtı Londonda olacaq. "Tottenhem” doğma meydanda Hollandiya "Ayaks”ının müqavimətini qırmağa çalışacaq.

Londonlular 1/4 finalda İngiltərənin digər təmsilçisi "Mançester Siti”ni, "Ayaks” isə İtaliyanın "Yuventus” kollektivini mübarizədən kənarlaşdırıb.

Meydan sahibləri bu görüşdə bəzi aparıcı futbolçularının xidmətindən yararlana bilməyəcək. Serj Orye, Mussa Sissoko və Harri Keyn zədə səbəbindən meydana çıxmayacaq. Son Xın Mın isə cəzalı olduğu üçün bu matçı buraxacaq. Harri Vinks və Erik Lamelanın isə durumuna oyun vaxtı aydınlıq gələcək.

Qonaqlarda isə üç futbolçunun oynamayacağı dəqiqdir. Karel Eytinq, Hassan Bande və Vatslav Çerni zədəlidir. Nussair Mazrauinin isə matçda iştirakı sual altındadır. Komandalar arasındakı cavab oyunu mayın 8-də olacaq.

Qeyd edək ki, yarımfinalın digər oyunu mayın 1-də keçiriləcək. "Barselona” İspaniyada İngiltərə "Liverpul”unu qəbul edəcək.

Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
23:00. "Tottenhem” (İngiltərə) – "Ayaks” (Hollandiya)
Baş hakim: Antonio Mateo Laos (İspaniya)

London. "Tottenhem” stadionu

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300