Azərbaycan milli komandasına yeni futbolçular cəlb olunacaq

 

Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışı ilə bağlı planları 10 gündən sonra açıqlanacaq.

 

Bu barədə "Report"a yığmanın baş məşqçisi Nikola Yurçeviç məlumat verib. 53 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqası və ölkə kubokundakı qarşılaşmalar başa çatdıqdan sonra müvafiq qərar qəbul edəcəyini bildirib.

Xorvatiyalı baş məşqçi yığmaya, az sayda da olsa, yeni futbolçuların cəlb olunacağını diqqətə çatdırıb: "Hansısa xarici klub millinin oyunçuları barədə məndən nə isə soruşsa, əlbəttə, müsbət rəy verəcəyəm. Əminəm ki, bir neçə futbolçu Avropada oynaya biləcək səviyyədədir".

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlarını iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiyaya qarşı keçirəcək. Hər iki görüş "Bakcell Arena"da təşkil olunacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300