Vəhşicəsində öldürülən Haşoqqinin cəlladlarından biri intihar etdi

Ötən il Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən "Washington Post” qəzetinin müxbiri Camal Haşoqqi cinayətində əlaqəli bilinən şəxslərdən biri intihar edib.

BAKU.WS xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən Səudiyyə Ərəbistanına casusluqda ittiham olunan Zaki Y. M. Hasan həbsxanada özünü asıb.

O, hərbi sirlərin yayılması, siyasi və beynəlxalq casusluqda ittiham edilirdi. Bundan əlavə, onun Camal Haşoqqinin qətlilə əlaqəli olduğu barədə ittihamlar səslənirdi.

Bildirilirdi ki, o, jurnalistin qətlində birbaşa əlaqəli olub və canilərin təşkil etdiyi komandanın aktiv üzvlərindəndir.

Qeyd edək ki, Camal Haşoqqinin oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və bir daha çıxmayıb.

Qərb mənbələri onun cəlladlar tərəfindən işgəncə ilə öldürüldüyünü yazırlar. Bildirilir ki, onu diri-diri doğrayıblar. İlk öncə onun barmaqlarını kəsiblər.

Xatırladaq ki, "Haber7” saytı yazıb ki, Haşoqqini öldürmək üçün Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik qrupun üzvü Meşal Saad əl-Bostani paytaxt Ər-Riyada şübhəli avtomobil qəzasında ölüb. Leytenant Meşal Saad əl-Bostani Səudiyyə Ərəbistanın Hərbi-Hava Qüvvələrinin pilotu olub.

Bildirilib ki, 31 yaşlı pilot jurnalistin qətli ilə bağlı sirləri də özü ilə aparıb. O, oktyabrın 2-də özəl təyyarə ilə İstanbula gələnlərdən biri olub. Bostani "Vindham qrand” hoteldə qaldıqdan sonra yerli vaxtla 21:46-da özəl təyyarə ilə Türkiyədən ayrılıb.

Səudiyyəli vəkil Haşoqqi cinayətində şübhəli bilinən 11 nəfərdən 5-i üçün edam cəzası istəyib.

Vəkil cinayətlə bağlı şok məqamları açıqlayıb. O, bildirib ki, Camal Haşoqqini məhz bu 5 nəfər qətlə yetirib. Digər 6 nəfər isə qətlin reallaşmasında yardım ediblər.

"Camal Haşoqqiyə öldürücü dozada dərman verilib. Daha sonra onu boğublar. Cəsədi parçalara ayırıblar. Jurnalistin cəsədinin hissələri konsulluqdan çıxarılıb. Bu vəhşiliyi isə 11 nəfərdən ibarət qrup həyata keçirib. Haşoqqiyə ölümqabağı əzab verənlər isə məhz 5 nəfər olub”, – deyə vəkil bildirib.

Vəkil onu da xatırladıb ki, Səudiyyə Ərəbistanı hökuməti Camal Haşoqqinin tutularaq ölkəyə aparılmasını tələb edirdi. Konsulluqda isə buna nail olmadıqda onu öldürmək qərarına gəliblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300