Prezident ölkədəki qadınlara təxminən 11 dollar hədiyyə edəcək
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 8 Mart - Beynəlxalq Qadınlar
Günü münasibətilə ölkədəki qadınlara 40 türkmən manatı (təxminən 11 dollar) hədiyyə
edəcək.

Virtualaz.org xəbər verir ki, artıq bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Sərəncama əsasən, pul hədiyyəsi mülkiyyətindən asılı olmayaraq bütün idarə,
müəssisələrdə və təşkilatlarda işləyən qadınlara, eləcə də pensiya və dövlətdən
yardım alanlara, aspirantura, doktorantura və tibbi rezidenturada oxuyanlara,
Türkmənistan Prezidenti yanında Dövlət Xidməti Akademiyasının dinləyicilərinə,
tələbələrə, məktəblilərə və uşaq bağçasında işləyən tərbiyəçilərə veriləcək.
Hədiyyənin martın 1-dən 5-dək xanımlara təqdim olunması nəzərdə tutulur.  

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300