Metropoliten rəhbərliyinə növbəti sərt ittihamlar

 

"Maşinistlərə bildirilir ki, hərəkət zamanı qatarların və sərnişinlərin təhlükəsizliyini bir kənara qoyub, idman hərəkətləri edin...”

"Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı- qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttiş Nazim Abdullayev, maşinistlərAsif Rzayev və Fikrət Şıxaliyevnövbəti dəfə "Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, metropoliten rəhbərliyindən şikayətlərini bildiriblər. Şikayətçilərin sözlərinə görə, mətbuatda problemləri ilə bağlı məsələ qabardılsa da, hələ də metropolitendə vəziyyət düzəlməyib, əksinə, daha da pisləşib.

Onlar redaksiyamıza birgə müraciətlərində aşağıdakıları bildiriblər:"Nazirlər Kabinetinin 28 oktyabr 2010-cu il tarixli 189 saylı qərarının 2.1.2-ci bəndində, qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi, 2.2.8-ci bəndində isə qatarların həm hərəkət, həm də obyektlərin yanğın təhlükəsizliyinin təmin edilməsi göstərilib. Həmçinin ”Metropolitenin texniki istismar qaydaları" kitabının 18.36-cı bəndində, yolda hərəkət zamanı maşinistə yolun boşluğuna, yolayrıcı qurğuların vəziyyətinə, işarələrə nəzarət etməkdən və qatarı idarə etməkdən yayınmaq qadağan edilir. Bütün bunlara baxmayaraq, bu ilin aprel ayının 17-də Hərəkət qatarının istismar üzrə iş departamentinin rəisi Akif Əhmədov tərəfindən iş yerində (maşinist kabinəsində) yuxulama hallarını istisna etməkdən ötəri təlimatlar çatdırılıb. Təlimatda maşinistlərə bildirilir ki, hərəkət zamanı qatarların və sərnişinlərin təhlükəsizliyini bir kənara qoyub, idman hərəkətləri edin. Yəni maşinistlərə idarəetmədən yayınmaq tövsiyə edilir. Yəqin ki, bundan sonra maşinist peşəsinə qəbul İdman Akademiyasının məzunları arasında aparılacaq".


Şikayətçilər haqqında bəhs etdikləri təlimatın nüsxəsini redaksiyaya təqdim ediblər. Onlar daha sonra aşağıdakıları söyləyiblər:"25.09.2017-ci il tarixindən etibarən Zaur Hüseynovun əmri ilə maşinistləri yeni, çox ağır iş qrafikinə keçirildikdən sonra onlar bu əzablı qrafikə uyğunlaşa bilmirlər. Onlar maşinist kabinəsində yatır, stansiyaları qismən və ya dayanmadan keçirlər. Məsələn, aprelin 15-də 30 saylı marşrutun maşinisti Elçin Ağayev ”20 Yanvar" stansiyasını qismən keçib. Aprelin 16-da 39 saylı marşrutun maşinisti Vüsal Hacıyev "Ulduz” stansiyasını dayanmadan keçib. Aprelin 21-də 9 saylı marşrutun maşinisti Rəşad Baxşəliyev "Qara Qarayev”dən "Koroğlu” stansiyasına 5 vaqonun qapısını açıq qoyaraq gedib. Bu, olduqca təhlükəli bir məsələdir. Ay ərzində bu kimi hallar tez-tez baş verir. Halbuki əvvəlki illərdə nadir hallarda belə hadisə olardı. Metropoliten sahəsi üzrə "Təlimatçı maşinist” başlığında, təlimatçı maşinistlərin lokomotiv briqadaları ilə bilavasitə lokomotivlərdə, trenajorlarda işçi sxem və modellərdə texniki, nəzəri, əməli təlim keçmələri göstərilib. Metropolitenin Təlim-Tədris Mərkəzinin texniki kabinetində maşinistlər üçün vaqon kabinəsi trenajoru quraşdırılıb ki, bu da maşinistlərin biliklərinin artırılmasına deyil, onların qoruxudulmalarına, qərəzli imtahan edilmələrinə xidmət göstərir".

02a05183-869b-4aa3-829c-31753f029fbb.jpg (113 KB)

Şikayətçilər söyləyiblər ki, "Qatarların hərəkətinin təşkili və manevr işi” üzrə təlimatın 6.9-cu bəndində nasaz əyləcləri olan, nasaz qoşqu qurğularının xəttə buraxılması qadağan edilir:"Metropolitendə isə gecə işində motovozlarla daşınan yüklər heç bir təhlükəsizlik tədbirləri görülmədən daşınır. Yük platformalarının əksəriyyətində əyləc sistemi yoxdur. Dəfələrlə Zaur Hüseynova bu barədə məlumat verilməsinə, məktub çatdırılmağına baxmayaraq heç bir tədbir görülmür. Bu barədə də akt var da var” (şikayətçilər aktı təqdim etdilər- Ə.R).

Depolar üzrə İş Departamentinin akkumulyatorların təmiri sahəsində vəziyyət çox acınacaqlıdır. Zaur Hüseynovun dövründə alınan keyfiyyətsiz akkumulyator batareyalarının əksəriyyəti artıq sıradan çıxıb, xeyli hissəsində isə işləmə müddəti çoxdan başa çatıb. Keçmiş sovet respublikalarında çoxdan ömrünü başa vurmuş H-80 tipli akkumulyator batareyaları Bakı Metropolitenində hələ də işlənilir. Şikayətçilər akkumulyatorlarının vaxtı ötmüş vaqonların nömrələrini də redaksiyamıza təqdim ediblər.

Qeyd edək ki, "Bakı Metropoliteni” QSC-yə ittihamlarla bağlı sorğu göndərsək də müvafiq cavab ala bilmədik.

Əli RAİS, MUSAVAT.COM

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300