Müşfiq Atakişiyev generala saxta diplom verib? – QALMAQAL
24 fevral tarixində Qaynar.info-da dərc olunan "Baytar necə general oldu? – ŞOK FAKT” yazısı mediada və sosial şəbəkələrdə böyük rezonans doğurdu. Demək olar ki, bütün medianın tirajladığı araşdırmamızdan sonra da mövzu ətrafında suallar bitib-tükənmədi.

Xatırladaq ki, yazıda Dövlət Gömrük Komitəsinin sədr müavini Nazim Xeyrulla oğlu Məmmədovun 1999-cu ildə — nə az, nə çox, düz 48 yaşında Təfəkkür Universitetinin hüquq fakültəsindən məzun olmasından, 1995-ci ildə Gömrük sistemində işə başlamasından və 8 il ərzində kosmik surətlə necə general olmasından və Komidə sədrinin müavini vəzifəsinə qədər irəliləməsindən söz açılırdı.

Bir çox oxucular və ekspertlər araşdırma dərc olunandan sonra diqqəti məhz birinci məqama – generalı 48 yaşında ali məktəb diplomu almasına yönəltdilər. 1998-ci il elə də uzaq dövr olmadığı üçün mövzunu araşdırmaq, Nazim Məmmədovun doğrudan da bu ali məktəbin tələbəsi olub-olmadığını aydınlaşdırmaq elə də çətin olmamalıydı.

Şübhələrimizin artmasına həm də araşdırma dərc olunar-olunmaz Dövlət Gömruk Komitəsinin rəsmi saytında oNazim Məmmədovun təcümeyi-halına əl gəzdirilməsi oldu.
Genaralın bioqrafiyasından «1999-cu ildə Təfəkkür Universiteti»nin hüquq fakültəsini bitirmişdir» bəndi çıxarılıb. Bununla da komitə rəhbərliyi guya bəzi faktları gizlətməyə çalışıb. Amma dəyişiklikdən əvvəlki tərcümeyi-halın fotosurəti bizdə var və onu aşağıda təqdim edəcəyik.

Artıq arqument.az-a verilən ilginc məlumata görə, Nazim Məmmədov "Təfəkkür” Universitetinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) elan etdiyi test imtahanlarında iştirak etmədən qəbul olunub. Yəni rektor Müşfiq Atakişiyev diplomu ona hədiyyə edib. TQDK-nın bazasında isə onunla bağlı heç bir məlumat yoxdur. Məhz bunları nəzərə alan general təhsili ilə bağlı faktları gizlətməyə çalışıb. Sayt sual verir: "Bu generala diplomu rektor Muşfiq Atakişiyev neçə manata satıb və ya general "Təfəkkür”də təhsil almasını kimdən və nədən gizlədir? Məgər "Təfəkkür” Universitetində oxumaq ayıbdır? Əgər deyilsə, onda general niyə bunu ictimaiyyətdən gizlətdi? Deməli, məsələnin başqa şübhəli tərəfləri var”.
Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin fikirlrəini dinləməyə və yayımlamağa hazırıq!

Dəyişiklikdən əvvəl
Müşfiq Atakişiyev generala saxta diplom verib? – QALMAQAL
Dəyişiklikdən sonra
Müşfiq Atakişiyev generala saxta diplom verib? – QALMAQAL

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300