Ölkənin ən böyük xəz-dəri satışı mərkəzinin rəhbəri Salman Mirzalıyev dayaqlarını itirib.

"Femina”nın sahibi onu himayə edən general Akif Çovdarovun həbsindən sonra çıxılmaz vəziyyətlə qarşılaşıb.
Saxta xəz-dəri satmaqda ittiham olunan iş adamının barəsində son günlər sensasion iddialar səslənməsi də məhz bu həbsdən sonra meydana çıxıb.
Adı mediada gec-gec hallanan S.Mirzalıyevin biznesindəki sirrlər, qaranlıq məqamlar və gizlinlər faş olunub. Uluyol.info Bizimesr.az-a istinadən yazır ki,Ən əsası, xəz-dəri biznesində generalın mühüm rolunun olduğu ifşa edilib. Onun Çovdarovun yaxın adamı olduğunu yazılıb.
Generalın həbsindən sonra "Femina” rəhbərinin mövqeləri sarsılıb. Ardınca mətbuatda "Femina” mallarının saxta, qiymətlərinin şişirdilmiş olduğunu təsdiqləyən ifşaedici materiallar ictimailəşdirilib.
S.Mirzalıyev isə faktlar qarşısında susmalı olub. "Femina”dan səslənən iddialar və ortaya qoyulan məqamlarla bağlı heç bir münasibət bildirilməyib.
Hər şey isə bir şikayətin mediada işıqlandırılması ilə başladı. Efirdə aylarla reklam olunan, müğənnilərin dilindən təbliğ edilən "Femina”nın nə mal olduğu sübuta yetirildi.
Məlumatlara görə, S.Mirzalıyevin fəaliyyəti nəzarətə götürülüb. Eyni zamanda İqtisadiyyat Nazirliyinin və Baş Prokurorluğun diqqət mərkəzində olduğu deyilir.
Belə ki, "Femina” təkcə müştərilərini deyil, elə dövləti də aldadırmış. Firmanın Bakıya gətirdiyi və müştərilərinə Yunanıstan, İtaliya, hətta Kanada malı kimi təqdim etdiyi xəz-dərilərin əslində Çindən gətirildiyi üzə çıxıb.
Müştərilərin bir çoxu artıq mətbuata və rəsmi qurumlara üz tutaraq, onlara Avropa malı adı altında baha qiymətə satılmış məhsulların Çində istehsal olunduğu səbəbindən aldadıldıqlarından şikayətçi düşüblər. Tələbləri də budur ki, dəymiş zərər ödənilsin.

"Femina»nın sahibi o qədər irəli gedib ki, hətta onlardan mal alan şəxsləri ələ salmaqdan da çəkinmir. Məsələn, qiyməti 4-5 min manat olan xəz-dərinin İtaliya, Yunanıstan və ya Kanada malı olduğu deyilsə də, içində Çin istehsalı olduğu yazılmış «birka»sı göz çıxarır.
«Femina»nın firma mağazası «Sədərək» Ticarət Mərkəzində yerləşir və satışa çıxardıqları malların ən ucuzu 4500 manatdır. Lakin dükana yaxınlaşıb mal almaq istədikdə qiymətlər dəyişməyə başlayır.
Məsələn, 4500 manatlıq xəz paltodan 2000 manat endirim edib, müştərini cəlb etməyə çalışırlar. Sonradan bu rəqəm daha 500 manat aşağı salınır. Əgər alıcı almadan çıxıb gedərsə, qapıdaca ona 1400 manatlıq bir təklif gəlir. İndi sual olunur: Kanada və ya Yunanıstanda istehsal olunmuş xəz-dəri palto necə olur ki, Bakıda 1400 manata satılır? Hərçənd istehsalçı ölkənin özündə qiymətlər 2000 avrodan başlayır.
Məlumatlarda bildirilir ki, «Femina» xəz dəri qalereyasında ay ərzində külli miqdarda gəlir əldə olunsa da, dövlətə istənilən səviyyədə vergi keçirilmir: «Ölkə başçısının məlum fərmanından sonra sahibkarlıq subyektlərində yoxlamalar iki il müddətinə dayandırılıb. Bundan istifadə edən qalereya rəhbərliyi bəzi qanunların tələblərini pozaraq müəyyən miqdarda vəsaiti dövlət büdcəsindən yayındırır. Araşdırma aparılsa məlum olar ki, «Femina»nın satış mağazasında işləyən satıcıların bir neçəsinin əmək müqaviləsi yoxdur».
Təbii xəzlərə, su samuru, dələ, yenot, tülkü və s. xəzlərinə oxşadılan parça süni xəzlər və trikotaj süni xəzlər daha çox yayılıb. Süni xəz əsasdan və xovdan ibarət olur. Süni xəzin rəngi, naxışları, xovun yerləşməsi demək olar ki, tamamilə xovunun oxşadıldığı təbii xəzdəki kimi olur.
Süni xəzin əsası üçün pambıq, bəzən də sintetik saplardan istifadə edilir. Xov üçün isə müxtəlif monosaplardan, poliamid və poliefir viskoz lifləri və asetat liflərindən, uzunxovlu süni xəzlərdə isə poliakrilnitril liflərindən istifadə edilir.

Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300