Netanyahudan ŞOK VƏD: Oranı da ilhaq edəcəyik

İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının Qərb sahilindəki Fələstin ərazilərində yerləşdirilən yəhudi qəsəbələrini ilhaq edəcəyinə söz verib.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, baş nazir bu haqda "Kanal 12”-də seçkiqabağı telemüsahibəsi zamanı bildirib.

"Müstəqil bir Fələstin dövləti İsrailin varlığına təhdiddir. Mən Yerusəlimi (Qüds –red.) bölməyəcəm, yəhudi yaşayış məntəqələrini də boşaltmayacağam”, - o deyib.

Şərqi Qüds və Qolan təpələrinin ilhaqını xatırladaq aparıcının "Niyə Qərbi Şeriadakı qeyri-qanuni yəhudi yaşayış məntəqələrini İsrailə ilhaq etmədiniz?” sualına Netanyahu belə cavab verib:

"Siz növbəti mərhələyə keçib-keçməyəcəyimizi soruşursunuz. Bəli, biz növbəti mərhələyə keçəcəyik və oraları da İsrailə ilhaq edəcəyik”.

Qeyd edək ki, 1967-ci ildə İsrail tərəfindən işğal edilən Qərb Şeriada təxminən 250 qeyri-qanuni yəhudi yaşayış məntəqəsi var və orada 400 mindən çox yəhudi məskunlaşıb. Beynəlxalq qanunlara görə, işğal olunmuş ərazilərdə olan bütün yəhudi yaşayış məntəqələri qanunsuz hesab edilir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300