Müdafiə nazirimiz:"Ermənistan ordusu hücuma keçsə, Tonayanla İrəvanda görüşəcəyik..."

 

Zakir Həsənovdan erməni nazirə cavab: "Tonayanın rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur"

"Çox şey danışmaq olar, amma dediyin sözün arxasında imkanın da olmalıdır. Mənim fikrimcə, hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar. David Tonayan hərbçi deyil. Yəqin onun rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur”.

"Report” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində Ermənistanın müdafiə naziri David Tonayanın bəyanatına münasibət bildirərkən deyib.

Z.Həsənov vurğulayıb ki, Azərbaycanın Ordusu da, isqtisadiyyatı da, nüfuzu da günü-gündən güclənir:"Bunlar hamısı faktdır. Ermənistanda nə baş verir? Ermənistanda mif çöküb və xalqı yenidən hansısa vasitə ilə ruhlandırmağa çalışırlar. İqtisadiyyatı inkişaf etdirmək istəyirlər, amma alınmır. Bütün dünya onlara deyir ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb Ermənistanda iqtisadi inkişaf olmayacaq. Ermənistan xalqı ölkədən qaçır, çünki ölkənin iqtisadiyyatı çöküb. Biz hər gün Ermənistanda nələr baş verdiyini televiziya vasitəsilə görürük. Xalq küçələrə çıxır. Mədəniyyət işçiləri, dəmiryolçular, əsgər anaları hər gün aksiya keçirirlər. Onlar Ermənistan rəhbərliyinə deyirlər ki, ölkəni pis vəziyyətə qoymusunuz. Bütün bunlara görə ölkə ictimaiyyətinin diqqətini əsas məsələlərdən yayındırmaq istəyirlər. Ona görə də belə fikirlər səsləndirirlər”.

Müdafiə naziri vurğulayıb ki, David Tonayanın bəyanatı fantaziyadır: "Ermənistanın müdafiə naziri David Tonayan Amerikaya niyə getmişdi? Pul dilənməyə getmişdi. Ondan əvvəlkilər gedəndə deyirdilər ki, bizə pul verin bel alacağıq, xəndək qazacağıq, yoxsa türklər üstümüzə gəlirlər. İndikilər isə belin qiymətindən daha çox pul dilənirlər ki, silah alıb Azərbaycan Ordusuna hücum etməyə cəhd göstərsinlər. Ermənistanın nə iqtisadiyyatı, nə güclü ordusu, nə silahı, nə şəxsi heyəti, nə də ki, digər imkanı var. Ona görə də Ermənistan Azərbaycana hücum edə bilməz. İndi ötən əsrin 90-cı illəri deyil. Mən bunu eşidəndə dedim ki, nə olardı, Ermənistan ordusu hücuma keçərdi. Onda mən onunla Yerevanda görüşərdim. O, boş-boş danışır və artıq erməni xalqı da onlara inanmır. Bunlar hamısı boş söhbətlərdir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300