Futbolda 8 qayda dəyişdi

Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) futbol qaydalarından 8-nin dəyişdiyi haqqında məlumat yayıb.

Uluyol.az Milli.Az-a istinadən xəbər verir ki, dəyişilən qaydalar 1 iyun tarixindən etibarən qüvvəyə minəcək.

Yeni qaydalar bunlardır :

1. Meydanı tərk edən oyunçu hakim əksini söyləmədiyi müddətcə ona ən yaxın yerdən çıxmalıdır.

2. Futbolçuların formaların içinə geyindikləri köynək formaların ucu ilə eyni rəngdə olduğu müddətcə rəngli və naxışlı ola bilər.

3. Hakim oyun təkrar başladıqdan sonra qərar dəyişdirə bilməz. Lakin bəlli vəziyyətlərdə əvvəlki epizod üçün sarı və ya qırmızı kart göstərə bilər. Hakim epizodu "VAR"da incələmək üçün monitorun başına keçərkən oyunçuları sahəyə geri çağırırsa, qərar hələ də dəyişdirilə, qırmızı və ya sarı kart göstərilə bilər. Texniki heyətdən kimsə qaydaları pozarsa, sarı və ya qırmızı kart ala bilər.

4. Hakim atışı zamanı futbolçular ən azı 4 metr hakimdən aralı olmalıdırlar.

5. Hər hansı bir obyektə təpik atmaq və ya tullamaq eyni şəkildə cəza ilə nəticələnə bilər. Sayılmayan qol əsnasında futbolçu qaydalara zidd şəkildə qol sevinci edərsə və buna görə cəzalandırılarsa, qol ləğv edilsə belə, cəzası qüvvədə qalacaq.

6. Qapıçıtopu oyuna daxil etdikdən sonra oyunçu topu cərimə meydançası xaricində qəbul etmək məcburiyyətində deyil. Topun cərimə meydançasını tərk etməsi gərəkli deyil.

7. Penalti vuruşu zamanı qapıçının ayağı qapı xəttinin gerisində ola bilməz. Bir addım öndə və ya xəttin üstündə olmalıdır.

8. Futbolçu yan xətdən topu oyuna daxil edərkən rəqib ondan ən azı 2 metr uzaqda olmalıdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300