Sadıqova Həlima Qaraş qızı normal təbii istəyinin - övlad sahibi olma arzusunun qurbanı olduğunu deyir. Vətəndaş Dia.az-a bildirib ki, tez-tez reklamının şahidi olduğu "HB Güven” klinikasına da bu məqsədlə müraciət edib.

Qeyd edək ki, bu klinika daha çox türkiyəli həkim Öndər Tulumbaci ilə reklam olunur. Reklamlarda deyilənlərə inansaq, Ö.Tulumbaci Türkiyədə tanınmış ginekoloq, hətta sonsuzluqla bağlı elmi araşdırmaların müəllifidir. Bu həkimin qəbuluna düşməyin qiyməti əvvəllər 40 manat idisə, bahalaşmadan sonra bu məbləğ ikiqat artaraq 80 manata çatdırılıb. Deməli, eyni qaydada digər təklif olunan xidmətlər də ikiqat bahalaşıb.

Narazı vətəndaş dia.az-a bildirir ki, Öndər Tulumbaci onu da əməliyyat edib: "Amma sonradan UZİ-dən keçəndə aydın olur ki, mənim üzərimdə heç bir əməliyyat aparılmayıb. Yəni heç bir tibbi müdaxilə olmayıb. Sadəcə kəsiblər və tikiblər".

Narazı vətəndaşın sözlərinə görə, indi də bu fırıldağa görə, həm səhiyyə nazirliyinə və həm də Baş prokurorluğa müraciət etməyə hazırlaşır: "Çünki pulumu geri tələb etmək istəsəm də, məni Öndər həkimin yanına buraxmırlar".

Onu da bildirək ki, Öndər Tulumbacinin adı Azərbaycanda kifayət qədər tanınandır və bu həkimdən onlarla şikayət mövcuddur. 

Mövzu diqqətimizdədir, qarşı tərəfi də dinləməyə hazırıq... 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300