İranın kartof - soğan qadağası sabahdan qüvvəyə minir: Bakı bazarlarını nə gözləyir?

 

Soğanla bağlı ajiotaj yaşadığımız bir məqamda, qonşu İran sabahdan kartof-soğan ixracına qadağa qoydu. Sabahdan bu qadağa qüvvəyə minir. Azərbaycan İrandan soğan istehsal etmədiyinə görə, bu qərar daha çox kartofun qiymətinə təsir edə bilər. Bəs görəsən kartofun qiymətində artım olacaqmı?

Kənd təsərrüfatı eksperti Nicat Nəsirli də "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, İran il ərzində Azərbaycanın kənd təsərrüfatı bazarını formalaşdıran əsas ölkələrdən biridir: "Xüsusən, kartof məsələsində İran əsas rol oynayır. İl ərzindən bu ölkədən Azərbaycana 50 min ton kartof idxal olunur. Azərbaycanın soğan bazarının formalaşmasında İran rol oynamır, digər məhsullar üzrə dominantlıq edir. İlkin yaz dövründə İranın belə bir qərara verməsi, qiymətlərə ciddi təsir göstərməyəcək. Ona görə ki, artıq faraş soğan və kartofun çıxmasına az qalıb. Təxminən iki həftə sonra bu məhsulların istehsalı başlayacaq. Bu, ilk növbədə qiymətlərin sabitləşməsinə təsir göstərəcək. Digər tərəfdən, iki həftə ərzində İrandan Azərbaycana nə kartofun, nə də soğanın gəlməsinə inanmıram. Çünki ölkədə kifayət qədər rezervlər var idi".

Ekspertin sözlərinə görə, İran qadağanı ilin sonuna qədər qüvvədə saxlayarsa, Azərbaycan bunun təsirini payız-qış mövsümündə hiss edəcək: İnanmıram ki, İran sözügedən qadağanı uzunmüddətli etsin. Çünki İran embarqoda yaşayan ölkədir, həm də böyük həcmdə istehsalı var. Əgər İran qadağanı daimi olaraq saxlasa, təbii ki, biz bunun təsirini daha çox kartofda hiss edəcəyik. Ola bilsin ki, ilin sonuna doğru, əsasən də payızlıq soğan, kartof istehsalı vaxtı İran bu qadağanı aradan qaldırsın.

İranın aidiyyəti qurumları etiraf edirlər ki, bu il onlarda da iqlim amilləri kifayət qədər əlverişsiz olub. Bu da məhsuldarlığın aşağı düşməsinə təsir göstərib. Faraş kartof və soğanın çıxdığı bir dövrdə təbii ki, daxili bazarı qorumağa çalışırlar".

N.Nəsirlinin sözlərinə görə, İran bu addımla daxili bazarını qorumağa çalışır: Son illər baş verən təbii fəlakətlər və əlverişsiz iqlim şəraiti ümumi istehsalda geriləmələrin olduğunu deməyə əsas verir. İran daha çox embarqoda yaşayan bir ölkədir, daxili bazarı və tələbatı ödəməyə çalışır. Bu embarqoya səbəb olan ən ciddi amil, İranın ərzaqla bağlı öz təminatını 100 faiz həcmdə təmin etməsi ilə bağlıdır. Bu isə daxili bazarın qorunma intervensiyası baxımından çox normalıdır".

Nərgiz, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300