Baş həkimlə bağlı daha bir qalmaqallı müraciət
Rüstəm Hüseynov: "Baş həkimin Cilov adası kimi hər tərəfi dəniz suyu ilə əhatə olunmuş qəsəbədə özünə şəxsi ev tikdirməsi elə də asan məsələ deyil”

Bir neçə gün öncə Cilov qəsəbəsi Dənizçi küçəsi 53-də yaşayan Hüseynov Rüstəm Həsən oğlu, Cilov qəsəbəsində yerləşən 16 saylı birləşmiş xəstəxananın baş həkimi Vaqif Nuriyevdən mətbuata şikayət məktubu ünvanlamışdı. Məktub ciddi rezonans doğurdu və hətta Səhiyyə Nazirliyi ilə Pirallahı rayon İcra Hakimiyyəti də işə qarışdı. 

Rüstəm Hüseynov deyir ki, baş həkimlə bağlı hər dəfə mətbuata yeni xəbərlər yazacaq. 

R.Hüseynovun daha bir yazısını təqdim edirik:

"16 saylı xəstəxananın baş həkimi Vaqif  Nuriyevdən mətbuata şikayət məktubumdan sonra baş həkim mətbuata açıqlama verir ki, Cilov adasındakı evimi öz hala zəhmətimlə tikdirmişəm. İctimaiyyətə bildirmək istəyirəm ki, Cilov adası kimi hər tərəfi dəniz suyu  ilə əhatə olunmuş qəsəbədə özünə şəxsi ev tikdirmək elə də asan məsələ deyil. Birincisi baş həkimin tikdirdiyi ev "28 May NQCİ” – nin tipoqrafiya inistutu tərəfindən təsdiq olunuş ərazidə yerləşir. Hətta bu ev tikildiyi bir vaxtda qanunsuz olduğu üçün rəhbərlik tərəfindən bir neçə dəfə sökülmüşdür.

İkinci bir məsələ odur ki, nə qədər pulun olur olsun, adaya inşaat materiallarını şəxsi tikintidən ötrü gətirmək o qədər də asan deyil. Baş həkim adaya gətirdiyi materialların qəbzlərini və hansı kran gəmisi ilə gətirdiyini sübuta yetirsə, onu alqışlayaram. Çünki adı çəkilən materialların şəxsi tikintidən ötrü adaya gətirilməsi qeyri-mümkündür. 

Baş həkimin dırnaqarası kollektivi bildirir ki, Vaqif Nuriyev daxmada yaşamalıdır?

Vaqif Nuriyev tikdirdiyi indiki evdən öncə dəniz sahilində heç də indiki evindən geri qalmayan qardaşına və özünə ev tikdirmişdir. Hətta onun hasarının hündürlüyü iki metr yarım hündürlüyündədir. Bu evlərin sırasında baş həkimin yaxın münasibətdə olduğu Təranə Çari qızı Xaitovanın da evi yerləşir. V.Nuriyev günü-gündən törətdiyi əməllərinə görə sıxılır. Ona görə də yeni bir məkana köçmək istəyir. Şəxsən V.Nuriyev özü əvvəlki evindən çıxmağının səbəbini özü mənə demişdi. Yaxşı olar ki, bunu etiraf etsin. 

Fevralın 25-də Cilov qəsəbəsindən gələn yaxınlarımı qarşılamaq üçün gəmi dayanacağına getmişdim. Gəmidən düşən işçi heyyətinin mənzərəsi məni məttəl qoydu. V.Nuriyevin illərlə işə çıxmayan işçiləri də gəmidən düşürdü. Hətta işçilər arasında söhbət gedirdi ki, bəs baş həkimdən şikayət olduğu üçün məcbur olub işə çıxıblar. 

Sərnişin gəmisi ilə Cilov adasına gedənlərin siyahısı dispetçer tərəfindən üç nüsxədə tərtib edilir. Bir nüsxəsi gəmidə, bir nüsxəsi dispetçerin özündə və digər nüsxəsi isə idarəyə göndərilir. V.Nuriyevin son bir ilki fəaliyyəti yoxlanılsa, ilginc rəqəmlər ortaya çıxacaq. Bu barədə səhiyyə nazirliyinə yazdığım ərizəmdə də göstərmişəm". 

Xatırladaq ki, V.Nuriyev məsələyə münasibət bildirmək istəməyib. Ötən yazılarda jurnalist baş həkimə zəng vurub problemlə bağlı mövqeyini öyrənmək istəsə də, baş həkimin cavabı belə olmuşdu: "Rüstəm Hüseynov istəyir lap BMT-yə yazsın”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300