Ölkənin aparıcı mobil operatorlarından olan "Azercell” abunəçilərini aldatmaqda davam edir. Şirkətin müxtəlif kampaniyalarda, internet tariflərində, danışıq paketlərində yol verdiyi peşəkar fırıldaqlar insanları cana doydurub.

VİZUAL.az-ın xəbərinə görə, növbəti şikayət Cavanşir Abdullayev adlı abunəçidən gəlib. O, Feysbuk səhifəsində "Azercell”i yalançılıqda ittiham edib. Onun sözlərinə görə, "Hədsiz” tarif paketindən istifadə edir:

"Bu istifadə zamanı bizə verilən internet limiti bitib. Azercell heç bir məlumat vermədən 0, 07 qəpikdən birbaşa internetlə təmin edib və bunu ay sonu "hədsiz” tarif paketinə əlavə edib. Bu da nə az, nə çox 60 manatdır.

Mənə məlumat verildiyini deyirlər və yenə aylıq tarif əlavə edirlər. Yəni hər ay 49, 90 manat yazılır. Dəfələrlə müraciət olunmağına baxmayaraq, yenə də araşdırmaları davam edir. Belə abunəçilər çoxdur”.

Daha bir şikayət edən abunəçi Cəsarət Səfərəliyevdir. Onun dediyinə görə, "Azercell”in "Kombo” tarifi fırıldaqla məşğuldur: "Bu tarifdə verilən hədiyyə dəqiqəleə istər 2 saniyə danış, istər 59 saniyə, sonda 1 dəqiqə kimi balansdan çıxılır. Bizim pullarımızı kim yeyir belə?”

Ümumiyyətlə, Azercell istifadəçiləri şirkətin onlara "texniki tələ” quraraq maddi ziyan vurduğunu iddia edirlər. Şikayətlər əsasən, internet paketlərinə edilən yeniliklərlə bağlıdır.

Belə ki, "Azercell” şirkəti öz rəsmi saytında internet paketlərinə edilən dəyişikliklərlə və endirimlərlə bağlı məlumat yerləşdirib. Lakin müştərilər şirkətin 2002 xidmətinə zəng edib məlumat almaq istəyərkən onlara köhnə məlumatlar verilir ki, bu da çaşqınlığa və pul itkisinə səbəb olur.

Mobil danışıq bazarında hələ də dominantlığını qoruyub saxlayan Azercell şirkətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən çox yumşaq ölçü götürülür. Hər dəfə nazirlik sözlə kifayətlənir. Şirkətin mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.(vizual.az)

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300