saxta4

Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı seçki pozuntularını əks etdirən DÖRDÜNCÜ press-relizini yayıb. Press-relizi təqdim edirik:

Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Nurəddin Rüstəmovun verdiyi məlumata görə, 47 saylı Mingəçevir seçki dairəsinin 2, 3, 4, 5 və 6 sayli seçki məntəqələrində Mingəçevir Turizm Kollecinin tələbələri tələbə bileti ilə "karusel” əməliyyatında iştirak edirlər. Mənzil-Kommunal Təsərrüfatının direktoru Vəli Vəliyev tabeçiliyində işləyən qadınları 19, 20 və 21 sayli seçki məntəqələrində "karusel” üsulu ilə səsverməyə gətirib.

Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Qədim Soltanın verdiyi məlumata görə, 50 saylı Abşeron-Qobustan seçki dairəsinin 1, 2, 3 və 4 saylı seçki məntəqələrində seçki aktivliyi çox aşağı olduğu halda, seçki qutularından topa şəklində atılmış seçki belletenləri açıq şəkildə görünür. Nömrə-nişanı olmayan "Opel” markalı avtomobillə eyni adamlar bir-bir seçki məntəqələrinə aparılır. Həmin seçki məntəqələrində əksər seçicilərin barmaqlarına mürəkkəb vurulmur. Şəxsiyyət vəsiqələrinin yoxlanılması aparılmır.

50 saylı Abşeron-Qobustan seçki dairəsinin  9 saylı seçki məntəqəsindən Müsavat Partiyasının respublika üzrə müşahidəçisi Elşad Soltanın verdiyi məlumata görə, "01-AC-828” nömrə-nişanlı "PAF” maşını ilə Su İdarəsinin, uşaq bağçasının və "Samur-Abşeron” su kanalının işçiləri olduqları deyilən şəxslər seçki məntəqələrinə gətirilir, səs verdikdən sonra digər seçki məntəqələrinə aparılır.

15 saylı Yasamal birinci seçki dairəsinin 4 saylı seçki məntəqəsindən Müsavat Partiyasının respublika üzrə müşahidəçisi Yalçın Abbaslının verdiyi məlumata görə, bir nəfər şəxs namizəd Ülvi Quliyevin xeyrinə təbliğat aparır, seçki məntəqəsinə gələn seçicilərə ona səs verməyə təhrik edir. Dəfələrlə seçki məntəqəsinin ərazisindən uzaqlaşdırılsa da, yenə əraziyə qayıdıb seçicilərlə təbliğat aparır.

Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Nazim Əliyevin verdiyi məlumata görə, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 50, 51 və 52 saylı seçki məntəqələrində Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin seçki məntəqələrinə buraxılmasına maneçilik törədilir. Yerli icra nümayəndələri seçki prosesinə müdaxilə edir. Seçki məntəqələrindən birində seçicilər İmanverdi İsmayılova səs verdiyini bildirərək, bu barədə arayış istəyirlər və belə arayışlar alırlar. Bir nəfərə iki bülletenin verilməsi bu seçki məntəqələrində adi haldır. Seçki məntəqələrinin içərisinə "karusel” əməliyyatı həyata keçirilir. Qubadlı İcra Hakimiyyəti başçısının müavini Allahverdi adlı şəxsin iki seçki məntəqəsində seçki bülleteni aldığının şahidi oldum. Bu seçki məntəqələrində seçicilərin barmağına mürəkkəb vurulmur. Seçki məntəqələrində seçici görünmür. Qutular doldurulub. Nöqsanları elan edən müşahidəçilər təhdid olunur.

31 saylı Suraxanı ikinci seçki dairəsinin 13, 14, 15 və 16 saylı seçki məntəqələrindən Müsavat Partiyasının respublika üzrə müşahidəçisi Vüqar Zamanovun verdiyi məlumata görə, eyni seçicinin təkrar səsverməsi qeydə alınıb. 15 saylı seçki məntəqəsində məntəqə seçki komissiyasının katibi seçicilərlə səsvermə kabinəsinə birgə daxil olur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300