Daha bir nazirin istefaya gedəcəyi gündəmə gəldi - TƏFSİLAT
Hakimiyyət daxilində nüfuzdan düşmüş nəqliyyat naziri Ziya Məmmədovun qudası, kənd təsərrüfatı naziri Heydər Əsədovun da adı hakimiyyətin qara siyahısındadır. Onun yaxınlarda postu ilə vidalaşacağı gözlənilir. 

Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, aqrar sektorun indiki durumu da H.Əsədovun vurulmasını şərtləndirir: Yaxşı maliyyəçi olan H,Əsədov kənd təsərrüfatını çox pis bilir. Nazirliyin əsas postlarına da mütəxəsislər yox, nazirin kolleqaları - maliyyəçilər təyin edilib. Post-neft dövründə aqrar sahə iqtisadiyyatın aparıcı qolu sayıldığından bu sektorun inkişafı artıq dövlətin prioritetlərinə daxildir. Peşəkar maliyyəçi olan Heydər Əsədov bu mandata qətiyyən uyğun gəlmir".

Mənbənin sözlərinə görə, Z.Məmmədov qruplaşmasına daxil olan H.Əsədovun qara siyahıya düşməsinin təbii ki, siyasi səbəbləri də var: "Heydər Əsədovun qudası Ziya Məmmədov faktiki olaraq bütün səlahiyyətlərini itirərək "portfelsiz nazir"ə çevrilib. Z.Məmmədovun qardaşı Elton Məmmədov, eləcə də qudası Sabir Rüstəmxanlıya parlament seçkisində "qırmızı işıq" yandırdılar. 

Ardınca Z.Məmmədovun ailə holdinqi olan "Qarant Holdinq”də maliyyə böhranı başlandı. Aylardır ki, işçilərin əmək haqqı verilmir. "Qarant Holdinq”ə daxil olan "Qarant Sığorta”nın fəaliyyətinə rəsmən xitam verilməsi barədə məlumat yayılıb. Nəhayət, Z.Məmmədovun oğlu, eyni zamanda H.Əsədovun kürəkəni Anar Məmmədovun ailəsi ilə birlikdə Böyük Britaniyaya köçməsi ilə bağlı xəbərlər yayılıb. İndi də növbə H.Əsədova çatıb".

Mənbənin məlumatına görə, böyük ehtimalla Kənd Təsərrüfatı Nazirliyi ləğv ediləcək və funksiyaları İqtisadiyyat Nazirliyi ilə Səhiyyə Nazirliyi arasında bölünəcək. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətinin Səhiyyə Nazirliyinə verilməsi gözlənilir. Ancaq əsas funksiyalar İqtisadiyyat Nazirliyinə veriləcək.

Yada salaq ki, hakimiyyətyönlü KİV-lərdə son vaxtlar H.Əsədovu kəskin tənqid edən yazılar dərc edilir.(istiqlal.az)
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300