Manfred Veber Macarıstanın mühakimə olunmasında israrlıdır

 

Avropa Xalq Partiyası (AXP) fraksiyasının lideri və Avropa Şurasına may ayında keçiriləcək seçkilərdə bu partiyanın əsas namizədi Manfred Veber Avropa parlamentinin plenar iclasında Avropa Şurasının (AŞ) prezidenti Donald Taskdan Avropadaxili qaydaların 7-ci maddəsinə uyğun olaraq Macarıstanın hakim "Fides” partiyasına qarşı araşdırma aparılması məsələsinin müzakirəsinin bərpa olunmasını tələb edib.

AZƏRTAC xəbər verir ki, Veber Taska xatırladıb: 7-ci maddənin Macarıstana aid prosedur və qanunun aliliyi prinsipinə Polşanın etinasızlığı məsələsi artıq bir neçə aydır ki, gündəlikdədir, lakin bu sahədə heç bir irəliləyiş əlaməti yoxdur. Bu sahədə yaranmış durğunluğa görə məyus olmuş Veber deyib: "Fides”in bizim alyansda üzvlüyünün dayandırılmasından əvvəl bizim AXP-də bu partiya ilə çox intensiv diskussiyalar aparılıb. Biz Macarıstanın yolu ilə getmək istəmirik”.

Veber Avropa Şurasının üzvü olan dövlətlərdə qanunun aliliyi prinsipinin vəziyyətinə nəzarət üçün müstəqil və səmərəli orqan yaratmaq niyyətində olduğunu təsdiqləyərək bildirib ki, 7-ci maddə üzrə nəzərdə tutulan prosedur sürətli və səmərəli nəticə əldə etmək üçün yaramır.

Veberin sonuncu bəyanatı AXP tərəfindən "Fides”ə göstərilən təzyiqi daha da şiddətləndirib. Keçən həftə alyans bu partiyanın üzvlüyünü dondurub. Veber bazar ertəsi əmin olduğunu bildirib ki, Avropa Şurasına şübhə ilə yanaşan partiyaların AŞ-dən vəsait almaq hüququ olmamalıdır. Daha sonra Veber Macarıstanı hədələyib ki, bu ölkə tərəfindən hüquqi qaydaların hər hansı şəkildə pozulacağı təqdirdə onun AŞ fondlarından istifadə hüququ məhdudlaşdırılacaq.

Veberin həqiqi niyyətləri barədə ekspertlərin fikirləri fərqlidir. Bəzi ekspertlər bildirirlər ki, bu cür bəyanatlar Avropa Parlamentinə qarşıdakı seçkilər ərəfəsində aparılan oyunların bir hissəsidir. Məsələn, müxalifətçi "Nepszava” nəşri yazır: "Veber nəticə etibarilə daha liberal və solçu səslər qazanmağa çalışır. O, Avropa Komissiyasında sədr olmaq üçün özünə yol açır. İndi buna nail olmaq üçün Veber solçu və liberal partiya fraksiyalarını inandırmalıdır ki, o, Macarıstanla ciddi rəftar edə bilər”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300