Kəmaləddin Heydərovun 37 hektarlıq bağı, 5 milyonluq villası (FOTO)

 

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qiyməti yüz milyonlarla ölçülən mülklərinin olması ilə bağlı təkzibolunmaz məlumatlar yayılmaqdadır.

Fövqəlnazirin Şağanda 37 hektar torpaq sahəsi və içərisində dəyəri 5 milyondan artıq olan villa var. Bundan əlavə, ərazidə fermer təsərrüfatı, üzüm sahəsi, müxtəlif bahalı ağac növləri, dekorativ bitkilər var. Eyni zamanda, ərazidə yüksək keyfiyyətli çaxır istehsalı sexi də qurulub. Həmin ərazidə bir hissədən digər hissəyə getmək üçün avtomobildən istifadə edirlər. Daşınmaz əmlakın satışı ilə məşğul olan mərkəzlərdən birinin verdiyi məlumata görə, Şağanda 37 hektar torpaq sahəsinin qiyməti 10-12 milyon manat civarındadır. Həmin ərazidə villanın və digər infrastrukturun qurulduğunu nəzərə alsaq, o zaman fövqəlnazirə məxsus bu mülkün qiymətinin daha yüksək olduğu bəlli olur. (Unikal.org)

 

 
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300