Həyasız erməni məmurun Qarabağ iddiası... - Bəyanat

 

ABŞ Prezidentinin Qolan təpələri ilə bağlı addımı sağlam ağıl və məntiqə uyğunsuzluq, beynəlxalq hüquq normaları və qüvvədəki konvensiyalarla tərs mütənasiblik, qanlı münaqişəni daha da körükləyərək sülh körpülərini yandırmaqdan əlavə, dünyada işğal, təcavüz aktlarının qanuniləşdirilməsi üçün çox zərərli bir presedentdir.

Axar.az xəbər verir ki, bu sözlər "Qələm” Yazarlar Birliyinin ABŞ-ın Qolan təpələri üzərində İsrailin suverenliyini tanıması ilə bağlı yaydığı bəyanatdandır.

Sözügedən bəyanatda bildirilib ki, artıq bunun ilk arzuolunmaz işartıları görünməkdədir:

"Azərbaycanın işğaldakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin oyuncaq mətbuat katibi David Babayan Ermənistan mediasına açıqlamasında Suriyanın Qolan yüksəkliklərinin İsrail üçün həm hərbi-strateji, həm də hidro-donor kimi vacibliyini deyib. Həyasız erməni məmuru Trampın bəyanatına və sair mülahizələrə dayanaraq, təcavüzə məruz qoyduqları Kəlbəcər bölgəsinin özləri üçün "statusu”nu da Qolan yüksəklikləri ilə eyniləşdirir”.

Bəyanatda vurğulanır ki, 1967-ci ildə ilhaq olunan, 1981-ci ildə isə Knessetdə legitimləşdirilməsinə uğursuz cəhd göstərilən Qolan ərazisini beynəlxalq aləm Suriya torpaqları kimi tanıyır və ölkələrin ərazi bütövlüyü toxunulmazdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300