"Caspian Plaza”da sahibkarlara divan tutulur? -Qafar Dəmirçinini "müəllim” problemi

 

"Caspian Plaza” Biznes Mərkəzinin yeni sahibi Qafar Dəmirçi idarəçilikdə "Cəngəllik qanunları”na əsaslanır.

 

Yenicag.az xəbər verir ki, Bakının nüfuzlu Biznes Mərkəzlərindən olan "Caspian Plaza”nın yeni sahibi Qafar Dəmirçinin binada qərarlaşan icarədarlarla qanundankənar davranışları ilə bağlı şikayətlər artmaqdadır.

 

Məlumata görə, Mərkəzin rəhbərliyinə gətirildikdən qısa müddət sonra tabeliyindəki şəxslər tərəfindən ona "müəllim” yox, yalnız "bəy” deyə müraciət olunmasını tələb edən Qafar Dəmirçi bu "qayda”nı pozanları sərt şəkildə cəzalandırır.

 

İşçiləri ilə yolverilməz davranışları dözülməz həddə çatan Dəmirçi "Caspian Plaza”dakı icarədarlarla da yola getmir.

 

Bildirilir ki, 1986-cı ildə anadan olmuş Qafar Dəmirçi istədiyi icarədarı müqavilə müddəti bitmədən "Caspian Plaza”dan çıxarmaq "praktika”sını tətbiq etməkdədir. O, hətta neçə illər ərzində "Caspian Plaza”da fəaliyyət göstərən müxtəlif təşkilatlar üçün də heç bir istisna tanımır. Onun tələbi ilə məkanı tərk etməkdən boyun qaçıranlar üçünsə icarə haqqını əsassız olaraq artırır.

 

Müqavilənin pozulmasının səbəblərini öyrənmək istəyənlərə isə Qafar Dəmirçinin tək bir cavabı var: "Ürəyim belə istəyir”. Gənc sahibkarın bu kaprizlərinin daha nə qədər davam edəcəyini isə özündən başqa heç kim bilmir…

 

 

Məsələ ilə bağlı adı çəkilən şəxsin və şirkətin mövqəyini də yayımlamağa hazırıq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300