Rusiya ilə ABŞ yenidən üz-üzə: rus qoşunları Amerika qitəsində...- FOTO

 

Rusiya ilə ABŞ arasında yeni gərginlik yaranıb.

Publika.az xəbər verir ki, Rusiyanın Venesuelaya hərbi qüvvə göndərməsi ABŞ-ı narahat edib.

ABŞ Dövlət Departamenti tərəfindən verilən açıqlamada "Venesuelaya hərbi müdaxilə edilməməsi çağırışına qarşı addım atan Rusiyanın Karakasa təyyarə və hərbi heyət göndərməsi vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. ABŞ Nikolas Maduro və Moskvanın bu hərəkətini qınayır” fikirlərinə yer verilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonda müzakirə aparan ABŞ-ın dövlət katibi Mayk Pompeo da Rusiyaya Venesuelaya hərbi müdaxilə edilməməsi ilə bağlı çağırış edib.

ABŞ-ın Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi Robert Palladino Pompeo-Lavrov telefon görüşməsinə dair yazılı açıqlama verib. Açıqlamada qeyd edilib ki, Pompeo rusiyalı həmkarına Rusiyanın Venesuelaya hərbi müdaxilə edəcəyi təqdirdə, ABŞ və bölgədəki müttəfiqlərinin boş durmayacağını deyib.

Qeyd edək ki, ötən həftə Rusiyanın Venesuelaya 100-dən çox əsgər və 35 ton tibbi ləvazimat göndərməsi haqqında mətbuatda xəbərlər yayılmışdı. Bu hərbi qüvvənin başında Rusiya Silahlı Qüvvələrinin Ali Komandanı Vasili Tonkoşkurovun olduğu iddia olunmuşdu. Ruslara aid hərbi yük təyyarələrinin fotoları sosial mediada paylaşılmışdı. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova hərbi qüvvənin iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq çərçivəsində Venesuelaya göndərildiyini bildirmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300