açdı sandığı, tökdü pambığı
"Cənab prezident İTV-yə bir nəzər salsa əla olardı. Orda da mühasib var rəhbərlikdə-daha doğrusu kassir, ekranı idarə edir, qadağalar qoyur, kassirlik edir çirkli pullara. AZTV sultanının İTV-dəki elçisidir. İTV-nin rəhbərinin adı gedir, sanki heç bir səlahiyyəti yoxdur. İTV AZTV 2 kimi fəaliyyət göstərir”.

Bunu açıqlamasında AMEA-nın baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd bildirib.
Vüqar Əhməd deyib ki, kanal uzun illər AzTV-nin qonorar şöbəsinin müsahibi tərəfindən idarə olunur: "Həmin şəxs AzTV-də işləyəndə Alışanovun özü kimi yaxşı oğlanlardan biri idi. Bu köpəkoğlunun pulu və vəzifəsi məmurları necə tez dəyişir. Bu boyda Mahmudov-Çovdarov zırıltısı baş verdi. İcra başçılarını cənab prezident sıxıb divara. Amma gör heç bunların vecinədir? Ekran-efir qalıb bir qırağa düşüblər ömrünü televiziyaya həsr eləmiş dilçi professorun üstünə”.

Professor AzTV-də Qulu Məhərrəmlinin əleyhinə hazırlanmış verilişə də toxunub: "AzTV-nin 2 saat 44 dəqiqəlik tragikomik filmində çıxış edənlərə ürəyim ağrıdı. Onların çoxu AzTV-nin tərəqqisində xidmətləri olan ləyaqətli televizyonçu-jurnalistlərdir. İnsafən Alışanova yaraşmayan bir hərəkətdir. Arif müəllimdən bunu gözləməzdim. Qulu müəllimlə bir ton çörək kəsiblər. Qulu müəllim yaradıcı insandır. Alışanov köhnə dostuna bir addım atsaydı, Qulu Məhərrəmli duz-çörək xətrinə bəlkə də nöqsanlara göz yumub iki addım atardı. Özününüz görürsüz ki, möhtərəm prezidentin son vaxt gözündən heç nə qaçmır-AzTV sədrinin bir çox səlhiyyətləri alındı. Qulu müəllimi məhkəməyə verib nə udacaqlar?Zibillərin üstü açılacaq, yalançı şahidlər sonra təzə sədrlə necə işləyəcəklər? Elə bilməyin Qulu müəllimi dəstəkləyirəm.

Mən A.Alışanovla daha yaxın olmuşam, bu gün də görüşəndə salamlaşıb görüşürəm. 19 il can qoyduğum AZTV-də qadağan olunsam da belə. Alışanovun qardaşı ilə bir blokda yaşayıram və çox yaxşı münasibətimiz var. Dəfələrlə demişəm ki, mən Alışanovun pepressiyasına məruz qalsam da ailəsi ilə toyuma gəlib, anamın dəfnində iştirak edib. O gün olsun mən də onun övladlarının toyunda iştirak edim. Allah rəkmət eləsin İlhamə xanıma-gördüz qalmaqalların sonu nə oldu?Təzadlı ölüm. Mənə belə gəlir ki, Qulu Məhərrəmli ilə Arif Alışanov təcili barışmalıdır-bir millətin övladlarıdır. Arif müəllimdən köhnə dost kimi xahişim odur ki, sülhdən gözəl yoxdur, barışıq yolu tutsun.Yoxsa cənab prezident AzTV, İTV, Mədəniyyət, İdman TV-yə nəzər salsa Qulu heç nə itirməyəcək, onun da mən bədbəxt kimi bir qələmi var. Əuzi-billahi minəş-şeytani rəcim…….

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300