Prezident İlham Əliyev xalq artisti Rasim Balayevə zəng edib

 

Prezident İlham Əliyev xalq artisti Rasim Balayevə zəng edib.

Bu barədə "Report”a xalq artisti özü məlumat verib.

"Söhbətimiz mənim mədəniyyət və incəsənət xadimləri ilə ölkə başçısının görüşünə dəvət olunmamağımla əlaqəli idi. Dövlət başçısı dedi ki, bu bizim sizə qarşı münasibətimizdən irəli gəlmir, çünki bizim sizə hörmətimiz və müsbət münasibətimiz var, günah siyahını tutanlarda olub və sizi dəvət etməyiblər. Dövlət başçısı soruşdu ki, görüşə gəlsəydiniz nə təklif edəcəkdiniz? Mən də cavab verdim ki, əsas kino sahəsi ilə bağlı təkliflər verəcəkdim və Mehriban Zəki də təxminən mənim istəklərimi dilə gətirdi. Kino sahəsinin inkişafına ilə bağlı artıq 5 milyon manat ayırdınız” - deyə R.Balayev qeyd edib.

O, eyni zamanda, Əbülfəs Qarayevin bugünkü mətbuat konfransında Prezidentlə görüşdə iştirak etməyən incəsənət xadimlərindən üzr istəməsindən xəbərdar olduğunu, nazirin üzrünü qəbul etdiyini söylədi: "Görünür artıq ona da məsələ deyilib və o, da üzrünü istəyib. Yəqin məni yaddan çıxarıblar, özləri bilərlər”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300