Azərbaycan Premyer Liqası klublarının şübhəli oyunda iştirakına dair UEFA-dan AFFA-ya məlumat daxil olub. Bu barədə "Report”a AFFA-nın Hüquq və kadr məsələləri şöbəsinin müdiri Rəmiş Malıyev açıqlama verib.
Onun sözlərinə görə, məlumat builki oyunları əhatə edir. Lakin R.Malıyev araşdırma getdiyi üçün həmin oyunu açıqlamayıb: "Söhbət klubların imicindən, təqsirsizlik prezumpsiyasından gedir. Ola bilər ki, məlumat doğru çıxmasın. Ona görə də konfidensiallığı qoruyuruq. Hazırda məsələ araşdırılır”.
R.Malıyev şübhəli oyunların araşdırılması zamanı ortaya çıxan çətinliklərdən də danışıb: "Biz hüquq-mühafizə orqanı deyilik, qanunvericilikdə danışılmış oyunlarla bağlı cəzanı nəzərdə tutan maddə yoxdur. Azərbaycan "İdman-mərc oyunlarının manipulyasiyasına dair Avropa Şurası Konvensiyası”na qoşulub. Ümid edirəm ki, müvafiq qanun layihəsi Milli Məclisdə qəbul edildikdən sonra bu istiqamətdə ciddi irəliləyişə nail olacağıq”.
AFFA rəsmisi Premyer Liqadan fərqli, I Diviziondan şübhəli oyunlarla bağlı UEFA-dan heç bir məlumatın daxil olmadığını vurğulayıb. Lakin o, aşağı liqadakı oyunların nəzarət altında saxlanıldığını söyləyib: "I Divizionda şübhəli oyunların olduğunu bilirik. Amma bunları hansısa formada təsdiqləmək imkanlarımız məhduddur. Etiraf edirəm ki, bu istiqamətdə fəaliyyətimiz qənaətbəxş deyil”.
Qeyd edək ki, I Divizionda son olaraq, XV turun "Şərurspor” – "Göyəzən” matçının nəticəsinin (0:3) bukmeyker kontorlarında müəyyənləşdirilməsinə dair şübhələr ortaya çıxıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300