Qızıl ucuzlaşdı
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, martın 1-də qızılın qiyməti fevralın 28-i ilə müqayisədə 9,571 manat azalaraq 1 unsiya üçün 2232,5505 manat təşkil edib.
Gümüş 0,2674 manat ucuzlaşaraq 1 unsiya üçün 26,5122 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 8,84 manat artaraq 1482,4 manat, palladiumun qiyməti isə 28,322 manat artaraq 2631,4215 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.