Lənkərandan Bakıya qatarla gələn sərnişinin üzərindən narkotik vasitələr aşkarlanıb

 

Daxili İşlər Nazirliyinin (DİN) Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirib.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat zamanı əvvəllər Cinayət məcəlləsinin 177.2.2 (Oğurluq, təkrar törədildikdə) 177.2.3 (Oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 180.1 (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddələri ilə məhkum olunmuş Lənkəran şəhər sakini Mais Hüseynov Bakı dəmiryol vağzalının ərazisində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 40 qrama yaxın güclü təsiredici xassəyə malik narkotik vasitə olan tiryək və 450 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

M.Hüseynov narkotik vasitəni şəxsi istifadəsi üçün şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300