Bakıda bəzi ümumtəhsil məktəbləri birləşdiriləcək.Uluyol.info Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva məlumat verib.

 

Onun sözlərinə görə, bu yolla şagird kontingenti baxımından korluq çəkən məktəblərin problemi aradan qaldırılacaq.

 

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri deyib ki, rasionallaşdırılan bəzi məktəblərin yerində lisey-gimnaziyalar yaradılacaq. Onun sözlərinə görə, dağlıq zonalarda da rasionallaşdırmaya ehtiyac var.

 

Məhəbbət Vəliyeva bir müddətdir yuxarı sinif şagirdlərindən şəxsiyyət vəsiqəsi tələb olunması məsələsinə də münasibət bildirib: "Şəxsiyyət vəsiqəsini təqdim edən IX və XI sinif şagirdləri üçün elektron fərdi məlumat bazası yaradılır. Bu bazaya şagirdin məkətəbəqədər təhsildən tutmuş, ailə vəziyyətinə qədər bütün məlumatlar yerləşdirilir. "Şagird-Məzun" sisteminin həyata keçirilməsi üçün bu, vacib hesab olunur”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300