Mədə sallanması nədir?- Əlamətləri və müalicəsi

 

Azərbaycanda el arasında yayılmış xəstəliklərdən biri də "mədə sallanmasıdır”. Az qala hər kəs özündə mədəsinin ağırlaşması, sanki aşağı doğru sallanması, dartılma kimi simptomlar hiss edir.

Uluyol.az medicina.az-a istinadən xəbər verir ki, əslində belə bir patologiya tibbdə Qastroptoz adlanır. Bu zaman mədədə insan uzanmış vəziyyətdən ayaqüstü və oturaq vəziyyətə keçdikdə ağrılar olur, avtomobildə gedərkən silkələndikdə daha çox hiss olunur və qarına təzyiq etdikdə mədənin normal yerinə qayıtması ilə əlaqədar ağrı sakitləşir.

Mədə bağlarının boşalması nəticəsində mədədə bir çox pozğunluqlar baş verir. O öz yerindən aşağı doğru xeyli uzanır. Hətta elə xəstə var ki, onda mədə gəlib çanaq boşluğuna kimi çıxır.

Qastroptozun səbəbləri:

- İrsən, anadangəlmə əzələ və bağları zəif inkişaf etmiş insanlar

- Hamiləlik, ağır doğuş

- Cərrahi əməliyyatlar

- Ağır əşya qaldıranlar, yük daşımada işləyənlər

- Hədddindən çox yemək, qazlı içkilər

- Tez-tez pəhriz saxlayıb sonra birdən yemək

- Qadınlarda qarın əzələləri və bağları zəif olduğundan mədə sallanması daha çox baş verir

- Artıq çəkili insanlar

Əgər ağrılar kəskinləşibsə, sizdə bəzi qidalara ikrah hissi yaranıbsa, çox yedikdə yalnız uzandıqda rahatlıq tapırsızsa, deməli, sizdə mədə sallanmasının orta və ağır dərəcəsidir. Mədə sallanması zamanı köp, qəbizlik, ürəkbulanma, mədədə ağırlıq əlamətləri də olur.

Diaqnoz və müalicəsi

Bu xəstəliyin diaqnostikası asandır. Terapevt və ya qastroenteroloq USM və əllə müayinə zamanı təyin edə bilər. Amma dərmanla müalicəsi yoxdur.

Yalnız massaj, pəhriz, xüsusi idman hərəkətləri lazımdır. Ağır hallarda xüsusi bandajın, korset taxılır. Daha ağır formalarda əməliyyat edilir.

Azərbaycanda bir çox türkəçarəçilər mədə sallanmasını mədə çəkmə üsulu ilə təklif edirlər. Əgər bu qədim metodu həqiqətən bilən insan edirsə, həmin an mədəni bir qədər yerinə qaytara bilir və qarını üstdən möhkəm bağlayıb sıxır. Amma bu metod ağır, çox sallanmış, bağları həddən artıq zəif olan mədələrdə effekt vermir. Çəkildikdən 1 ay sonra yeni eyni vəziyyətə qayıdır.

Naturopat Füzuli Hüseynov belə bir metodu təklif edir:

1. Xəstə arxası qatda uzadılır, adi günəbaxan yağı ilə yavaş-yavaş mədə nahiyyəsi altdan yuxarı yarım saata yaxın masaj edilir və sonra xəstə qarnın bacardığı qədər içəri cəkir və həkim isə bərk-bərk bağlayır və 2 saata yaxın bağlama qalmalıdır, çox saxlasa daha yaxşı. Bu müalicəni 2 həftə gündə bir dəfə edə bilərsiniz.

2. Heyva meyvəsinin şirəsini çəkib için. Bunun mədə sallanmasına xeyri yoxdur, xeyri şirə alınandan sonra əmələ gələn tullantısıdır. Deməli, həmin tullantı 1 stəkan götürülür, üzərinə 2 xörək qaşığı adi xına əlavə edib suda 5 dəqiqə bişirilir, sonra palıd qabığı tozu əlavə edilərək lapa formasını alınana qədər yoğrulur və sonda mədə üzərinə qoyulub bağlanılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300