Yunanıstanın müdafiə naziri istefa verdi
Yunanıstanın müdafiə naziri Panos Kammenos istefa verib.
"Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, o, baş nazir Aleksis Çiprasla Makedoniyanın yenidən adlandırılması məsələsində fikir ayrılığına görə vəzfiəsindən gedib. Çipras Kammenosun yerinə admiral Evanqelos Apostolakisi təyin edib. Apostolakisin təyinatı yanvarın 15-dən qüvvəyə minəcək.
Xatırladaq ki, Kammenos bir qədər əvvəl "Müstəqil yunanlar” partiyasının koalisiya hökumətindən çıxacağını bildirmişdi.