Xəzər dənizi əslində bizim – xalqın təbii sərvətidir. Nefti, qazı, kürüsü
ilə birlikdə… Amma bu sadaladıqlarımız xalq olaraq, heç vaxt
görmədiklərimizdir. Bizə göstərilməyənlərdir. Bəs, suyu, sahili..?
Niyə Xəzər sahillərinə əlimiz çatmır? Və ya çatanda da niyə
ödənişli olmalıdır? Axı, Xəzər bizim, yəni hamımızındır…
Xəzərin insan əli çata biləcək hər yeri ya hasarlıdır, ya da istirahət
mərkəzlərinə çeviriblər. Mərdəkanı, Şüvəlanı, Nabranı, Buzovnanı,
Pirşağını… İnsan əli çata biləcək hər yeri…
Xəzərin çox ciddi "hasar dərdi” var.  Bu dərd, bu problem bir neçə
dəfə Milli Məclisin də müzakirəsinə çıxarılıb. Sanki, Xəzərin
hasarlanmasından xəbərləri yoxmuş kimi, hələ bir bunu edənlərə öz
iradlarını bildirənlər də var. Amma nəticə yoxdur. Bəzən isə hasarlarla
bağlı "ən məntiqli” izah belə verilir: "Bu hasarlar insanların təhlükəsizliyini
təmin etmək üçün çəkilir…”
Hasar sevgisi olanların seçimi də təbii ki, zövqlü olur. Onlar Xəzərin
ən gözəl, ən təmiz sahillərini boyhaboy hasarlayırlar. Bizə – xalqa qalan
isə zibilli, çirkab suları ilə dolu olan və ya hansısa sahibkar tərəfindən
zəbt edilmiş ödənişli sahillərdir. Bəzən ödənişsiz yer axtaran insanlar
Xəzərin təhlükəli ərazilərinə üz tuturlar. Hansı ki, o sahillər "xalqın
təhlükəsizliyi” üçün hələ hasarlanmayıb…
Sözü dolayı yolla deməyə ehtiyac yoxdur. Təbii ki, Xəzərin
sahillərinin məmurlar arasında səliqəli şəkildə bölüşdürüldüyü hər
kəsə aydındır. Məmurlar böldüklərini bölüblər, qalanını da satıblar. Axı
hansısa bir məmurun xəbəri olmadan Bakıda daş üstünə daş qoymaq olar?
Əlbəttə, yox…
Azərbaycanda məmurlarla vətəndaşlar arasında fərqli həyat olduğu kimi,
məmurlarla Xəzər arasında da fərqli bir həyat var. Hansı ki, o həyatı
bizim – xalqın görməsini istəmirlər. İstəyirlər ki, onların Xəzər sahilindəki
həyatları elə hasarla dəniz arasında qalsın. Amma vətəndaş istəyir ki,
məmurlar onların həyatını görsün. Amma görmürlər. Çünki onlar əsasən
bir neçə saat kabinetdə, daha sonra isə hündür hasarlar arxasında yaşayırlar.
Yəqin ki, yolu Bakının cənub girişindən düşən hər kəs sahilboyu uzanan
istirahət mərkəzlərini, saysız-hesabsız möhtəşəm villaları görüb. Villalar,
istirahət mərkəzləri olmayan sahillər isə hasarlanıb. Yəqin ki, daha sonra
lazım olar deyə, ehtiyatda saxlayıblar və yaxud da "qaygıkeşcəsinə xalqın
təhlükəsizliyini düşünüblər”.
"Bibiheybət” məscidindən sonra başlayan istirahət mərkəzləri, otellər boyhaboy
düzülüb. Xəzərin sahilləri insan əli çata və yay fəslində çimərlik kimi istifadə
edilə biləcək yerlərində bir qarış belə, boşluq saxlamamaq şərti ilə hasarlanıb.
Davamında isə bir-birinin yanında sıralanan uzun və hündür hasarlı, nəzarət
kameralı, mühafizəçiləri olan villalar…
O hasarların arxasında çox şey var. Yaxtalar, möhtəşəm malikanələr, dənizin
ortasına aparan sonradan salınan yollar və daha nələr, nələr… Bir sözlə , xəyalını
qura biləcəyimiz çox şey…
"Bu villalar kimlərindir, necə tikiblər, hansı pulla tikiblər” deyə sual etmirik. Bəlkə də
"Bu, bizi maraqlandırmır” deyə düşünənlər var.
Amma tək gerçək olan budur ki, Xəzər bizimdir – Azərbacan xalqınındır. Xəzərin
bizə çatan yalnız sahilləridir, ancaq aramızda hündür hasarlar var. Aşa bilməyəcəyimiz
hasarlar…
Yaxşı ki, heç olmasa, Bulvar var. Amma bizə haqqımız olan lazımdır. Xəzər
lazımdır. Hasarsız, özgür Xəzər…(musavat.com) 
 


















Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300