bitmap-img6

25 nəfər Qəbələ sakini Ermənistan tərəfə keçmək istəyib. Onlar Nəbiyevlər ailəsinin etdiyi haqsızlıqlara görə bu addımı atıblar.

 


Qəbələnin Kötüklü kənd sakinləri fevralın 27-nə keçən gecə Ağdama gələrək, Ermənistan tərəfə keçməyə çalışıblar.  25 nəfər Qəbələ sakini əllərində ağ bayraqla Ağdama keçərkən polis işçiləri onları mühasirəyə alıblar. 

Bu barədə Meydan TV-yə hadisə iştirakçısı, hazırda Ağdamda olan Qəbələ sakini Ramin İsmayılov məlumat verib.

O bildirib ki, etirazlarının səbəbi Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıqdır: "Nəbiyevlər uşaqlarımızı şərləyib tuturlar. "Azərişıq”-ın Bakı üzrə nümayəndəsi Qara Nəbiyev, vergilər nazirinin müşaviri Müsavər Nəbiyev,  Kötüklü kəndinin  icra nümayəndəsi İkram Nəbiyev Qəbələ rayonunu ələ alıblar. Onlar bizi yaşamağa qoymurlar. Kiminsə evinə, maşınına narkotik atıb tutdururlar. Bundan bezib Ermənistan tərəfə keçmək istədik. Özümüzü erməni gülləsinin qarşısına verib canımızı Nəbiyevlərin zülmündən xilas etmək istəyirdik”.

Ermənistan tərəfə keçmək istəyən 25 nəfər olmaqla 8 ailə Ağdam polis şöbəsindədir. Ailələr Prezident Administrasiyasından bir nəfər nümayəndənin gəlib onların şikayətləri ilə maraqlanmasını istəyirlər. 

Ağdam rayon polis şöbəsindən Meydan TV-yə hadisənin baş verdiyini təsdiq etdilər. Polis işçisi İsmayılov bildirib ki, ailələr polis şöbəsindədirlər. Məsələ ilə bağlı araşdırma aparılır. 

Məsələ ilə bağlı Nəbiyevlərlə hələlik əlaqə saxlamaq mümkün olmayıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300