Qırmızı dənizdə "əzələ nümayişi" -Ərəblər birləşdi

Səudiyyə Ərəbistanında Qırmızı dəniz hövzəsinin altı ölkəsinin iştirakı ilə "Qırmızı dalğa-1” birgə hərbi təlimləri keçirilir.

Uluyol.az teleqraf.com-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanın Ciddə şəhərinin yaxınlığında beş gün ərzində keçiriləcək təlimlərə Səudiyyə Ərəbistanının, Misirin, İordaniyanın, Sudanın, Cibutinin və Yəmənin hərbi qüvvələrinin xüsusi təyinatlı heyəti və dəniz qüvvələri bölmələri cəlb olunublar. Somali təlimlərdə müşahidəçi qismində iştirak edir.

Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələrinin baş komandanı Fəhd bin Abdulla əl-Qafili bildirib ki, "Qırmızı dalğa-1” təlimlərinin əsas məqsədi iştirakçı ölkələrin müdafiə potensialının möhkəmləndirilməsindən, təcrübə mübadiləsinin aparılmasından və Qırmızı dəniz akvatoriyasında təhlükəsizliyin qorunmasından ibarətdir.


 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300