ABŞ-ın cənub sərhədi tam bağlana bilər

 

ABŞ Prezidenti Donald Tramp ölkənin cənub sərhədinin tam şəkildə bağlana biləcəyini istisna etməyib.

"Report” bu barədə "RİA Novosti”yə istinadən xəbər verir.

"Əgər bu demokratlar tərslikdən əl çəkməyib divar inşası üçün bizə vəsait verməsələr, həm də ölkəmiz üzərində yükə çevrilən mənasız immiqrasiya qanunlarını dəyişdirməyə qoymasalar, cənub sərhədini tamamilə bağlamalı olacağıq. Belə bir şeyə tərəfdar çıxacaq Konqresi və Prezidenti təsəvvür etmək olmur”, - deyə dövlət başçısı "Twitter”dəki səhifəsində yazıb.

Xatırladaq ki, növbəti ilin büdcəsi Konqresdə təsdiq olunmadığından dekabrın 22-də bəzi federal idarələr fəaliyyətini qismən dayandırıb, yəni "shotdown” deyilən rejim qüvvəyə minib.

D.Tramp Meksika sərhədində divar inşası üçün 5 milyard dollar vəsaitin nəzərdə tutulmadığı büdcəni təsdiqləməyəcəyini açıqladığı halda, müxalifətdəki demokratlar bunu israfçılıq kimi qəbul edərək razılıq vermək niyyətində deyillər.

Konqresdə büdcə müzakirəsinin yanvarın 3-dən davam etdiriləcəyi gözlənilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300