8 saylı Binəqədi seçki dairəsində
 
Ölkə ərazisində parlament seçkiləri başlayıb. Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsinin bir çox məntəqələrində qanun pozuntuları aşkar edilib.

Musavat.com-un ərazi üzrə təyin edilmiş reportyoru xəbər verir ki, məntəqələrin böyük hissəsində seçki pozuntusu ilə qarşılaşıb. 

Günün səhər saatlarında artıq problemlər haqqında məlumatlar daxil olmağa başladı. Bu seçki məntəqələri arasında xüsusi fəallığı ilə seçilən bir neçə məntəqə var.

Misal üçün 3 saylı seçki məntəqəsində digərlərinə nəzərən daha çox aktivlik var idi. Seçki qutuları yarıya kimi dolmuşdu. Burada diqqətimizi çəkən seçki bülletenlərinin öncədən kənarının kəsilməsi oldu. Eyni halla 23 saylı seçki məntəqəsində də qarşılaşdıq. Burada da seçki bülletenlərinin kənarları kəsilmiş halda idi. 

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd yazıçı, jurnalist Əlizadə Aysel Alim qızının 23 saylı məntəqədə olan müşahidəçisi seçki qutusuna topa ilə bülleten atıldığını və bunu protokollaşdırdığını dedi: "Gözümün qabağında məntəqə üzvü topa ilə bülleteni qutuya atdı". Eyni məntəqədə digər bir namizəd Azay Quliyevin müşahidəçisi isə hər şeyin qaydasında olduğunu bildirdi. 

Seçki qutusuna topa ilə bülleten atılması barədə 8 və 37 saylı məntəqələrdən də məlumat daxil olub. Bu haqda məlumatı da Aysel Əlizadənin müşahidəçiləri veriblər. Onlar bu qanun pozuntusunu aktlaşdırıblar. Hətta 8 saylı məntəqədə baş verən qanun pozuntusu ilə bağlı MSK-ya müraciət edilib.

Müşahidə etdiyimiz məntəqələr sırasında sadəcə 17, 19 və 21 saylı seçki məntəqələrində "karusel əməliyyatı"nın şahidi olduq. Belə ki, 20-yə yaxın şəxs, bir məntəqədə səs verib, sonra digərinə gedib, orada da səs verirdilər. Bu üç məntəqə bir-birinə yaxın olduğu üçün "əməliyyat" uğurlu alınırdı. Lakin jurnalistlərin orada olduğunu bildikdən sonra hər üç məntəqədə sakitlik yarandı. Nə səs verməyə gələn var idi, nə də gedən...

Maraqlı bir hadisə isə düz gözümüzün önündə baş verdi. 17 saylı məntəqədə səs verən kişi, 21 saylı məntəqəyə də səs verməyə gəldi. Qapıda barmağı yoxlandı, içəri keçdi. Adını siyahıda yoxlayanda dedilər ki, səhv gəlib. O adam bundan öncə səs verməsinə rəğmən barmağındakı xüsusi mürəkkəb niyə yox idi, sualı düşündürücüdür. 

Bu üç məntəqəyə gedən yolda 2 xanım dayanaraq, öz adamlarını gözləyirdilər. Xanımlardan biri bilmədən özünün yüzbaşı olduğunu etiraf etdi:

- Bu soyuq havada burada nə əcəb daynmısınız?
- Buranın sakiniyəm, dayanmışam. 
- Bəs dedilər ki, siz Azay Quliyevin təmsilçisiniz.
- Elədir. Mən kordinatoram. Köhnə dildə desək, yüzbaşı... Adamlarımı gözləyirəm ki, gəlib, səs versinlər. 

Məntəqələrdə müşahidəçilərin böyük hissəsinin saxta olduğunu aşkarladıq. Belə ki, müşahidəçilər ya təmsil etdikləri partiyanın adını düz bilmirlər, ya da bitərəf olduqlarını deyib, partiya təmsil edirlər. Misal üçün, 25 saylı seçki məntəqəsində müşahidəçilərdən biri olan xanım, özünün BAXCP partiyasının müşahidəçisi olduğunu, amma heç bir partiyanın üzvü olmadığını da qeyd etdi: 

- BAXCP partiyasının təmsil edirəm. Amma bitərəfəm.
- Necə yəni?
- Məni icra hakimiyyətindən göndəriblər. 

Digər bir müşahidəçi isə özünün AXCP-dən olduğunu dedi, lakin partiyanın sədrinin kimliyini səhv saldı:

- Partiya sədriniz kimdir?
- Qüdrət müəllim. 
- Siz dəqiq AXCP üzvüsünüz?
- Bəli. 

Müşahidələrimiz zamanı öz vəzifələrinin nə olduğunu bilməyən kəslər də oldu. Misal üçün 1 saylı seçki məntəsində məktəbin direktoru digər seçki məntəqəsində sədr olmasına baxmayaraq, bu məntəqəyə gəlib, göstərişlər verirdi. Səbəb kimi də, "Mən məktəbin direktoruyam. Asayişi qoruyuram" deyirdi. Onun dediklərini yerinə yetirən, həmin məktəbin müəllim kollektivindən ibarət müşahidəçilər idi.

10 saylı seçki məntəqəsinin sədri Saleh Mirzəyev isə bizi polislə hədələdi. Öncə çəkilişə icazə vermədiyini bildirərək, qışqırmağa başladı. Sonra isə kiməsə zəng vurdu və sakitləşdi. Onun həyəcan keçirməsinin səbəbi də sonradan bəlli oldu. 

Lakin normal seçki gedən, qanun pozuntularına rast gəlmədiyimiz məntəqələr də oldu. Misal üçün 9, 25, 20, 18 saylı məntəqələrdə heç bir problem və şikayətlə qarşılaşmadıq.

Məhəmməd Türkmən
Foto müəllifindir

 






































Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300