Sutka ərzində atəşkəs 28 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.
Müdafiə NazirliyindənQaziler.az-a verilən məlumata
görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli,
Aşağı Əskipara, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən
mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qərvənd,
Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun
mövqeləri atəşə tutulub.