Akif Səlimovun adamlarından sayta hədə…

Bu gün Avrasiya.net-də "Laçın rayonu korrupsiya bataqlığında” başlıqlı yazının dərcindən sonra saytın rəhbərliyi yenidən təhdid olunub.

Xatırladaq ki, adıçəkilən yazı Laçın rayonun Şeylanlı kəndindən məcburi köçkün Baxışov Baxış Aslan oğlu tərəfindən saytımızın elekton ünvanına gələn məktub əsasında dərc edilib. Yazıda Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimov və digər məmurların qanunsuz əməlləri, korrupsiyaya qurşanmaları əks olunub.

Bu dəfə saytın elektron ünvanına baxisov1953@mail.ru ünvandan Baxış Baxışov adından təhdidedici bəyanat daxil olub. Bu bəyanatda da saytın rəhbərliyi biədəb sözlərlə söyülüb. Etik qaydalara riayət etməklə həmin hissələri verə bilməsək də bəzi cümlələri olduğu kimi nəzərinizə çatdırırıq:

"Birincisi size kim ixtyar verif ki menim adimnan meqale derc edirsiz. Sizi verecem mehkemeye. İkincisi yigisdirin bu terbiyesiz yazilarinizi, saytarinizdan.
eger sizde azarbaycanni qani axirsa bu yazilari derhal yigisdirin. Xalqina layiqle xidmet eden Akif beyi sizin kimi serefsiz saytar lekeleye bilmez. sizin kim olduguzu cox yaxsi bilirik. ayibdir size. yigisdirin bele axmaq yazilari. birinci korrupsiya fakti varsa fakti qoyun yazin hansisa gozegorunmezin sozunu yazmiyin
ikincisi akif selimov nece qacqini oldurduruf ki yenede kimise oldurdursun. adam ne qeder hayasiz exlaqsiz ola ki bu qeder allahsizlik ede yalan yazi tirajlaya
siz kime neye xidmet edirsiz he? ermeniye? menim adimdan sana kim ixtyar verib ki yazi tirajlyirsan, ne qeder pul almisan ay biqeyret jurnalist. kopeyin dogduxlari size heyati basa sallalar agliniz basiniza geler. heresi eline bir sayt alib dusub xalqini seven yaxsi insanlarin liderrerin canina, ermeniye xidmet eden yaramazlar. sene cox deyildi sen basa dusmek istemedin inide menim adimnan meqale yazirsan. Siznen ne dilde danisagin? Ne vermisiz ala bilmirsiz
basiniza niye problem acirsiz, niye bizi qoymursuz oturdugumuz yerde oturaq sizinle isimiz olub? cammahatin haqqinda niye yalan yazirsiz. reketsiz he?
reketciliyi size basa salallar kisisiz nomre qoyun saytiniza ogresler…”

Əvvəlcə elə fikirləşdik ki, ola bilər kimsə Baxış Baxışovun adından icra başçısının yarıtmaz siyasəti ilə bağlı saytımıza yazı göndərsin. İndi həmi şəxs onun adından yazı göndərildiyinə etiraz edir….

Sonradan B.Baxışovun oğlu Müqabil Baxışov və qızı Rəmziyyə Baxışova və sonra onların atası Baxış Baxışovun özü ilə əlaqə saxladıq. B.Baxışov onun adından sayt rəhbərliyini təhdid edənləri qınayıb: "Mən sizin ünvana elə bir adresdən yazı göndərməmişəm. Mənim adımdan istifadə edirlər. Siz həmişə bizim hüquqlarımızı qorumusuz, problemlərimizi işıqlandırmısız. Belə olan halda niyə sizi söyək”.

Sonradan apardığımız araşdırmalardan məlum olub ki, Avrasiya.net rəhbərliyi icra başçısına yaxın adamlar tərəfindən təhdid edilir. Bundan bir neçə gün öncə də "İcra başçısının mal-qarası qaçqınlardan yaxşı yaşayır – VİDEO” başlıqlı Laçından qaçqın düşüb Taxtakörpü qəsəbəsindəki daxmaların birində məskunlaşan ağbirçəyin şikayəti (14.02.2016) yayımlandıqdan sonra saytın elektron ünvanına ogru.qulu@mail.ru ünvandan hədə-qorxu dolu müraciət daxil olmuşdu. İndi də ikinci hədə dolu məktub. Bu onu deməyə əsas verir ki, rayon rəhbərliyi narazı sakinləri susdura bilmədiyindən, onların şikayətləri dərc olunan sayt rəhbərliyinə hədə-qorxu gəlmək niyyətindədirlər.

P.S. Rayon icra hakimiyyətinin başçısının hansı şikayətçilərə vəzifə verib susdurduqları, şikayətlərinin saytdan çıxarmaları üçün kimlərə zəng etmələri ilə bağlı əlimizdə yetərli fakt və yazışmalar var. Onları yaxın günlərdə ictimailəşdirəcəyik. Amma sayt rəhbərliyinə belə hədə-qorxular gəlməkdənsə siz də öz mövqeyinizi işıqlandırsanız yaxşı olardı. Bir də A.Səlimovun məcburi köçkünlərlə keçirdiyi görüşləri, tədbirləri Avrasiya.net saytı işıqlandıranda, onun müsbət fəaliyyəti ilə bağlı saytımızda çap olunan yazının 15 müxtəlif saytda (lazım gələrsə onların linklərini də dərc edə bilərik) istinadla dərcinə heç təşəkkür etmirdilər, bəs niyə tənqid yazanda bizi ölümlə hədələyirlər? Biz heç kimə düşmən deyilik. Heç kimi də məcbur etmirik ki, bizə hansısa icra başçısından şikayət etsin. Qapımız hər kəsin üzünə açıqdır. Söz azadlığını qorumaq və ona riayət etmək borcumuzdur.

Biz demokratik bir ölkədə yaşayırıq. Hədə qorxu, ölümlə təhdid sizə yaraşmaz.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300