Mübariz Mənsimov yeni gəmisinə Rəsulzadənin adını verdi -FOTO

 

«Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!».A24.Az xəbər verir ki, bu misranı Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov şəxsi İnstagram hesabında payalaşaraq yeni müjdəli xəbəri izləyicilərlə bölüşüb. O, bildirib ki, mart ayından etibarən Məmməd Əmin Rəsulzadənin adını daşıyan gəmi sularda üzməyə başlayacaq:

"Ürəyi Azərbaycanla döyünən, son nəfəsində belə bu gözəl sözlə fani dünyaya gözünü yuman, ancaq əsəri olan Cümhuriyyəti bizə miras buraxan Məmməd Əmin Rəsulzadəni unutmadıq. Azərbaycanın 100 illiyi şərəfinə 21 martda təhvil alacağımız yeni gəmimiz məhz bu böyük şəxsiyyətin adını daşıyacaq. "Palmali”nin idarə heyəti bu təklifimi dəstəklədi və qəbul etdi. Çox sevinirəm ki, Azərbaycanın böyük şəxsiyyətlərinin adlarını daşıyan gəmilərimiz arasında Rəsulzadə ismi də olacaq. «Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss edirəm!» deyən böyük şəxsiyyət adını Türk Dünyasına qızıl hərflərlə yazdırıb. Onu unutmadıq, unutmayacaq, unutdurmayacağıq.Keçmişini unudanın, sayğı duymayanın gələcəyi də olmaz.Biz fəxr edirik ki, şanlı tariximiz, parlaq gələcəyimiz var. Yeni gəmimiz xeyirli-uğurlu olsun! Bütün Türk dünyasına”.

 

Mübariz Mənsimov yeni gəmisinə Rəsulzadənin adını verdi - FOTO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300