Kənd Təsərrüfatı Nazirliyində vəzifə savaşı – Aydəm İsmayılovun böyük arzusu

 

Nazir İnam Kərimov "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə daha saf və sanballı şəxsi gətirmək istəyir

25 sentyabr 2018-ci ildə Baş nazir Novruz Məmmədovun sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin 25 müəssisəsi birləşdirilərək "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldı. Belə ki, ölkənin bütün damazlıq təsərrüfatları vahid mərkəzdə birləşdirildi.

Lakin ekspertlərin yüksək qiymətləndirdiyi"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaranmasından üç ay müddətinə vaxt keçsə də hələki bu quruma rəhbər təyinatı olmayıb.

AzToday.az-a daxil olan məlumata görə, Kənd Təsərrüfatı Nazirliyində "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi uğrunda ciddi nüfuz savaşı gedir. Bütün damazlıq təsərrüfatlarını özündə birləşdirən bu qurumun rəhbərliyi vəzifəsi nazirlik içində həm ciddi həm də məsuliyyətli bir vəzifədir. Bir müddət öncə ölkə mətbuatında adı çəkilən qurumun rəhbərliyinə nazirliyin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Aydəm İsmayılovun təyin edilməsi ilə bağlı məlumat yayıldı.


Aydəm İsmayılov

Ancaq adı müxtəlif qalmaqallarda hallanan Aydəm İsmayılovun "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı mətbuatda yayılan xəbərə KTN-dən hər hansı bir açıqlama verilmədi. AzToday.az-a daxil olan məlumatda bildirilir ki, hazırda Kənd Təsərrüfatı Nazirliyində "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsi uğrunda gizli mübarizə gedir. Həmin mübarizədə nazirliyin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Aydəm İsmayılovdan tutumuş, sabiq nazir Heydər Əsədovun komandasından qalan müavinlər daha aktiv iştirak edirlər.

Əldə etdiyimiz məlumatda vurğulanır ki, KTN naziri İnam Kərimov nazirlikdə adı çəkilən qurumun rəhbərliyi uğrunda gedən mübarizədən xəbərdardır və məhz buna görə nazir gözləmə mövqeyi seçib.

Məlumata görə, İnam Kərimov "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə saf, ciddi və məsuliyyətli birini təyin etmək istəyir.

İnformasiya mənbəmiz nazirin bu fikrini nəzərə alaraq bildirir ki, adı müxtəlif qalmaqallarda hallanan və müəmallı şəkildə KTN-nin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri təyinatı alan Aydəm İsmayılovun "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə gətirilməsi inandırıcı görünmür.

Qeyd edək ki, adı bir çox qalmaqallarda hallanan Aydəm İsmayılovun KTN-ə necə yol tapdığı çox müəmmalıdır. AzToday.az Aydəm İsmayılovun indiki fəaliyyəti və keçmişi ilə bağlı araşdırmalara başlayıb. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300