Türk nüvəli Azərbaycan dövləti birləşdirici rolunda

 

Türkiyənin İstanbul şəhərində Bütöv Azərbaycan Ocaqları (BAO) "Azərbaycan türklərinin yeni hədəfləri" mövzusunda konfrans keçirib. Konfransın açılışında öncə BAO-nun İstanbul təmsilçisi Rıza Xurşid, Ege təmsilçisi Rıza Sadıkoğlu, Düzcə təmsilçisi Zafer Arı qısa şəkildə Azərbaycanın bütövlüyünün önəmini ifadə ediblər.

Konfransda əsas məruzəçilər BAO-nun Türk Dünyası İlə əlaqələr üzrə müavini, fəlsəfə doktoru, dosent Faiq Ələkbərli və BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu olublar. B.Türkoğlu "Bütöv Azərbaycana gedən yolda əngəllər" mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan türklərinin qarşısında dayanan əsas hədəf milli birliyimizi gücləndirmək və əngəlləri aşmaqdır. Eyni zamanda o, Azərbaycanın güneyindəki son vəziyyətlə bağlı bilgi verdi.

Daha sonra Faiq Ələkbərli "Azərbaycan türklərinin qarşısında dayanan yeni hədəflər və vəzifələr" mövzusunda çıxış edərək bildirib ki, milli hədəflərimiz ilk növbədə Tehranda hakimiyyəti bərpa etməkdir. Tehranda hakimiyyəti bərpa etməyin yeganə çıxış yolu isə Azərbaycanın bütövlüyündən keçir. F.Ələkbərliyə görə, ancaq Türk nüvəli Azərbaycan ideyası ilə yeni bir dövlət qurmaq mümkündür. Azərbaycan və Türklük ideyalarının yalnız türk deyil, qeyri-türklər üçün də birləşdirici, bütünləşdirici rolundan bəhs edən Ələkbərlinin fikrincə, çox yaxın zamanlarda dünyanın düzəni dəyişəcək ki, məhz belə bir ərəfədə Azərbaycan türkləri özünü toparlayıb, Azərbaycan türk nüvəli böyük bir dövlət qurmağa hazır olmalıdırlar.

Toplantıda iştirak edən prof. Halil Bal, Metin Özər, Gülarə Yenisey, Teymur Qasımlı, Sedat bəy və başqaları da mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

Sevil, Hurriyyet.org

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300