Nofəl Atakişiyevin inspektor Taryel Rüstəmovun əliylə 800-1000 manat almadan kimsənin sənədinə imza atmadığı deyilir 

İmişli rayonunda ən çox şikayət edilən dövlət qurumu Sosial Müdafiə Mərkəzidir. JAM.AZ-a müraciət edən rayon sakinlərinin bildirdiyinə görə, əvvəllər rahatlıqla bu qurumun imkanlarından yararlana bilirdilərsə, indi bu məsələ mümkünsüz bir şeyə çevrilib. Səbəb isə kasıbın pulunun olmaması göstərilir.

Onların bildirdiyinə görə, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunandan sonra İmişli Sosial Müdafiə Mərkəzinin rəhbərini dəyişdirərək, onun yerinə Nofəl Atakişiyevi direktor təyin edib. Lakin Atakişiyev işin başına keçəndən sonra bu qurumda özbaşınalıq pik həddə çatıb. Hətta vəziyyət o qədər acınacaqlıdır ki, İmişli rayon İcra Hakimiyyətində keçirilən qəbullarda ən çox SMM-in fəaliyyətindən şikayət edirlər. 

JAM.AZ-a verilən məlumatda vurğulanır ki, Nofət Atakişiyev işini etibarlı tutmaq üçün pul məsələlərini inspektor Taryel Rüstəmova həvalə edib. Onların sözlərinə görə, Rüstəmovun icazəsi olmadan bir nəfər ünvanlı sosial yardım ala bilməz. Lakin bu icazəni almağın özü də ayrıca bir müsibətdir. Ona görə ki, iki il müddətinə ünvanlı sosial yardım almaq üçün bu şəxslərə 800-1000 manat civarında pul verməlisən ki, sənədlər keçirilsin. 

Camaat bildirir ki, dəfələrlə nazir Səlim Müslümova müraciət etsələr də, heç bir xeyri olmayıb. 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300