Rəfsəncaninin qızı İranla bağlı inanılmaz sirləri açdı-"Çox az qalıb..." - FOTO

"İslam respublikası sistemi, məzmun baxımdan daxildən çöküb. Bunu hər yerdə görmək mümkündür. Hərçənd ki, bu çökmə hələlik onun strukturunda baş verməyib. Bu da ona görədir ki, insanlar islam respublikasından sonra kimin hakimiyyətə gələcəyindən narahatdırlar”.

Eurasia Diary xəbər verir ki, bu sözləri İran parlamentinin sabiq deputatı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəisi Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi deyib.


 

O, İranın "Müstəqil” qəzetinə müsahibəsində ölkəyə hakim rejimin sosial bazasını itirməsindən və onun strukturunda əmələ gələn çatlardan danışıb.

Haşimi bildirib ki, sistem daxildən çöksə də, ölkədə aparılan repressiya siyasətinə görə güclə də olsa, özünün zahiri simasını qoruyub saxlayır: "Hesab edirəm ki, ölkəyə hakim olan bu sistem, artıq öz içindən dağılıb. Bircə onun zahiri və fiziki çöküşü qalıb. Çox ehtimal ki, o da baş verəcək. Bütün bunlara baxmayaraq, hazırda hakimiyyətin bünövrəsi möhkəmdir. Bu isə əsasən, ölkəyə hakim olan qorxu və dəhşət hissi və atmosferinə görədir.

Bu gün, islam respublikası hakimiyyəti 2009-cu ildə olduğu kimi küçəyə axışan etirazçılarla zorakılıqla davranmır. Lakin bununla belə, məhkəmələrdə çoxlu insanlara cinayət işi açılır, insanlar dəstə-dəstə işdən çıxarılır, təhsildən məhrum edilirlər. Hazırda cəmiyyətdə elə bir təbəqə tapmaq olmaz ki, ona mənsub fəallar zindanda olmasınlar. Fəhlə fəallarından tutmuş, müəllimlərə qədər, yük maşını sürücülərindən tutmuş, tələbələrlə ətraf mühit və qadın hüquq müdafiəçilərinə qədər. Ya həbsdə saxlanılırlar, ya da barələrində çıxarılan həbslə bağlı hökmün icrasını gözləyirlər. Bütün bu təzyiqlər də yuxarıdan tətbiq edilir.

Hazırda hara baxırsan, hər yerdə səriştəsizliyin şahidi olursan. Hər şey öz başına buraxılıb. Ölkədə yaşanan problemlərin həlli üçün heç bir tədbir görülmür, görülsə də, vəziyyət yaxşılaşmaq əvəzinə daha da pisləşir. Təəssüflər olsun ki, perspektivdə yaxşılığa doğru heç nə görünmür”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300