Rusiyalıların 86%-i orduya güvənir

 

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi əhalinin dövlət təsisatları və ictimai orqanlara etimadını araşdırıb. Novator.az xəbər verir ki, mərkəzin keçirdiyi sorğu rusiyalıların daha çox orduya və kilsəyə inandığını üzə çıxarıb.

Respondentlərin 86%-i orduya dəstək nümayiş etdirib. 4 il öncə ilə müqayisədə orduya etibar edənlərin sayında 20% artım qeydə alındığı bildirilir.

Sorğu iştirakçılarının 69%-i Rus Pravoslav Kilsəsinə inandığını deyib.

Əhalinin etimadı baxımından üçüncü sırada hüquq mühafizə orqanları gəlir: 57%.

Sorğu parlamentin hər iki palatasına etimadın azaldığını göstərib. 4 il əvvələ nisbətdə aşağı palataya – Dövlət Dumasına əminlik reytinqi 48,5%-dən 35,5%-ə, yuxarı palataya – Federasiya Şurasına etimad 45,6%-dən 39,2%-ə enib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300