Gürcü alimlər kosmik məkanın anomaliyalarını izah etdilər

 

Gürcüstanlı alimlər kosmik şüalarda aşkarlanan anomaliyaları məkanın diskret olması və minimal plank uzunluqlu kvan oyuqlarından ibarət olması ilə izah edib. Bu, kosmik radiasiyanın yayılmasına səbəb olan topoloji defektlərin meydana gəlməsinə təsir edə bilər.

Oxu.Az xəbər verir ki, gürcüstanlı fiziklərin elmi araşdırması Arxiv.org nəşrində dərc olunub.

Təxminən 20 il əvvəl alimlər Yerin atmosferində geniş atmosfer leysanlarını (GAL) - yəni ilkin kosmik şüaların toqquşmasından ortaya çıxan subatom zərrəciklərdən ibarət yağışları dərindən tədqiq edib.

Yüksək energetik zərrəciklər və ya atom nüvələri qaz atomları ilə toqquşduqda, kvark zərrəciklərdən ibarət olan çoxsaylı energetik adronlar meydana gəlir. Onlar ikinci dərəcəli kosmik şüaların təsiri ilə dərhal parçalanır.

Tədqiqatçılar GAL adronlarının əldə olunan eksperimental enerji asılılığını araşdırıb. Araşdırma zamanı elektronvoltların 10 15 –dən tutmuş 2 x 10 16 qədər olan diapazonda izahı olmayan dəyişkənlik müşahidə olunub. Alimlər anomaliyanın 30 elektronvolt zərrəcik kütləsindən ibarət ulduzlararası mühitlərin qarşılıqlı əlaqəsi zamanı nüvənin dağılması ilə əlaqələndirsə də, yeni işdə tədqiqatçılar anomaliyanın fərqli izahına varıb.

Sürətləndiricilərlə aparılan eksperimentlərdə 30 elektronvolt kütləli zərrəciklər aşkarlanmadığından, alimlər bunun mühitin özündə yer alan topoloji defektlərlə əlaqədar olduğu fikrinə gəlib. Məkan nəzəriyyəsinə əsasən, məkan diskretdir və plank miqyaslı (1,66 x 10 -33 sm) kvant oyuqlarından ibarətdir ki, bu da öz yerində onu deformasiyalara məruz qalmasını mümkün edir. Kvant obyektləri, məsələn subatom zərrəcikləri belə deformasiyalara məruz qaldıqda, fluktuasiya etməyə (qalxıb-enməyə başlayır). Beləcə kosmik radiasiyanın yayılması effekti meydana gəlir.

 

 
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300