Gəncədə piyadanı avtomobil vurub
Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, Nizami Gəncəvi prospektində yolu qarşı tərəfə keçmək istəyən Fariz Cavadzadəni maşın vurub.
O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.