Duzlu su, mixək bizi ən qorxduğumuz ağrıdan xilas edir-Diş ağrısı üçün 6 MƏSLƏHƏT

 

Diş ağrısının səbəbi diş emalının zədələnməsi nəticəsində yaranan kariesdır. Karies – dişlərin turşuların təsiri ilə dağılması prosesidir. Turşular dişlər arasında qalan yemək artıqları ilə qidalanaraq çoxalan bakteriyaların ifrazat məhsullarıdır. Diş emalında olan kiçik çat və ya dəliyə düşən yemək qalıqları çürüyərək onu dağıdır, beləliklə də emal təbəqəsinin altında olan dentin məhv olmağa başlayır. Bu təbəqə emaldan yumşaqdır və tez bir zamanda sıradan çıxır. Daha sonra çürümə qan damarlarının və sinirlərin zəngin olduğu pulpaya (diş əti) qədər gedir. Nəticədə dişdə ağrı, qanaxma və iltihab meydana gəlir. Kariesi xalq təbabəti vasitəsilə müalicə etmək mümkün deyil. Amma karies nəticəsində meydana çıxan ağrını xalq təbabətində olan bəzi vasitələrlə aradan qaldırmaq mümkündür.

 

Sizə diş ağrısının ev şəraitində aradan qaldırılması yollarını təqdim edirik:

 

1)Duzlu su. Duzlu su ilə dişləri qarqara etmək diş ağrısından qurtulmağın ən effektiv yoludur.

 

2)Salo. Salo sınanılmış vasitədir. Salonun kiçik bir hissəsini yanağınızın iç tərəfindən ağrıyan dişin damağına yapışdıraraq 15-20 dəqiqə saxlasanız, o zaman ağrı keçəcək. Bu vasitə 90 % hallarda kömək edir.

 

3)Mixək. Bir ədəd mixəyi xəstə dişin çürük yerinə yerləşdirin və yüngülcə əzin. Ağrı təxminən 10-15 dəqiqə müddətində keçəcək. Bu məqsədlə mixək yağından da istifadə etmək mümkündür.

 

4)Vanilin. Çürük dişin deşiyinə şəkərsiz vanilin tozu tökün. 10-15 dəqiqədən sonra ağrı keçəcək.

 

5)Sarımsaq. 1 diş sarımsağı kəsərək xəstə dişin damağına sürtün.

 

6)Araq və spirt. Dişinizi bu maddələrlə yaxalayın. Dezinfeksiya və anesteziya sayəsində ağrı tezliklə azalır.//medicina.az

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300